Tarix:01/08/13
Koreya Respublikası dərin sularda faydalı qazıntıların çıxarılması üçün ilk robotun sınağını uğurla keçirib. Bu uğur ölkə hökumətinə artıq 2015-ci ildə Sakit okean dibində dəyəri 1 milyard dollar qiymətləndirilən sualtı yataqların mənimsənilməsinə başlamağa imkan verir.
"MineRo" robotunun ölkənin cənub-şərq sahillərində keçirilən manevrliyinin sınağı zamanı aparat təxminən 1,3 km. su dərinliyinə salınıb. Bu barədə Dəniz İşləri və Balıqçılıq Nazirliyi məlumat verib.
"MineRo"nun uğurlu sınağı sayəsində biz indi dəniz dibindən manqan filizinin hasil edilməsi üçün texnologiya əldə etmişik", - nazirliyin bəyanatında qeyd edilir.
Çəkisi 25 ton təşkil edən və yerli texnologiyalar əsasında hazırlanan aparat 5 km. su dərinliyində işlər üçün layihələşdirilib.
Qeyd edək ki, Cənubi Koreya "Klarion-Klipperton" kimi tanınan struktur zonasının 75 min kvadratmetr ərazisinin dərinliyində kəşfiyyat aparmaq üçün müstəsna hüquqa malikdir. Struktur Sakit okeanda Havay adalarının cənub-şərq hissəsinin təxminən 2 min kilometrliyində yerləşir.
Əvvəllər aparılmış tədqiqatlar bu zonada 370 milyard dollar dəyərində qiymətləndirilən 560 milyon ton manqan filizi ehtiyatının mövcudluğunu sübut edib.
"Bizim nazirlik Koreya Okeanoqrafiya və Texnologiyalar İnstitutu ilə birlikdə 2015-ci ilədək dəniz dibindən manqan filizinin kommersiya hasilatı üzrə müvafiq texnologiyanın hazırlanmasının başa çatdırılmasını planlaşdırır. Bu texnologiyada həmçinin manqan filizinin tərkibindən strateji vacib materialların ayrılması texnologiyası da yer alacaq", - nazirliyin bəyanatında deyilir.
Bundan başqa, Cənubi Koreya 2015-ci ildə "Klarion-Klipperton" zonasının sualtı resurslarının mənimsənilməsinə başlamağı nəzərdə tutur, - "İTAR-TASS www.itar-tass.ru" yazır.
Cənubi Koreya dərin sularda faydalı qazıntıların çıxarılması üçün ilk robotun sınağını uğurla keçirib

Baxış sayı: 869
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib