Tarix:09/08/11
“AMD”-nin saytında yerləşdirilmiş məlumatda qeyd olunur ki, “Radeon DDR3” həm şirkətin prosessorları, həm yeni nəsil “APU” çipləri ilə istifadə oluna bilər. Sözügedən bazardakı kəskin rəqabəti nəzərə alaraq şirkət bildirir ki, yeni modulların komponentləri ən yüksək sənaye standartları üzrə sınaqdan keçiriləcək və “AMD” platformaları ilə istifadə olunacağı halda “təminatlı məhsuldarlıq və davamlılıq” təqdim ediləcək.
Yaxın gələcəkdə yaddaş modullarının üç müxtəlif model xəttinin istifadəyə veriləcəyi nəzərdə tutulur. Bunlar, “Entertainment”, “Ultra pro gaming” və “Enterprise” versiyalarıdır. Bütün 2 qiqabaytlıq “DDR” modullarında sahə üzrə qəbul edilmiş 1,5 volt tətbiq ediləcək. Bununla yanaşı, onların sürətlərinin fərqlənəcəyi bildirilir. Belə ki, əgər birinci qrup 1333 MHz tezliyində işləyirsə, son iki qrupda isə bu göstərici 1600 MHz təşkil edir.
cybersecurity.ru
“AMD” operativ yaddaş üçün modullar istehsal edir
Dünyanın ikinci ən iri mikroprosessor istehsalçısı “Advanced Micro Devices” (AMD) korporasiyası stolüstü kompyuterlər üçün “RAM” yaddaş çipləri bazarına daxil olur. Şirkətin “Systems Memory” adlı yeni biznes strukturu bazarda yeni “DDR3” yaddaş modulları təqdim edəcək. Yeni məhsulların videoqrafik həllər üçün tətbiq edilən və artıq bazarda tanınan “Radeon” brendi altında satılacağı planlaşdırılır.“AMD”-nin saytında yerləşdirilmiş məlumatda qeyd olunur ki, “Radeon DDR3” həm şirkətin prosessorları, həm yeni nəsil “APU” çipləri ilə istifadə oluna bilər. Sözügedən bazardakı kəskin rəqabəti nəzərə alaraq şirkət bildirir ki, yeni modulların komponentləri ən yüksək sənaye standartları üzrə sınaqdan keçiriləcək və “AMD” platformaları ilə istifadə olunacağı halda “təminatlı məhsuldarlıq və davamlılıq” təqdim ediləcək.
Yaxın gələcəkdə yaddaş modullarının üç müxtəlif model xəttinin istifadəyə veriləcəyi nəzərdə tutulur. Bunlar, “Entertainment”, “Ultra pro gaming” və “Enterprise” versiyalarıdır. Bütün 2 qiqabaytlıq “DDR” modullarında sahə üzrə qəbul edilmiş 1,5 volt tətbiq ediləcək. Bununla yanaşı, onların sürətlərinin fərqlənəcəyi bildirilir. Belə ki, əgər birinci qrup 1333 MHz tezliyində işləyirsə, son iki qrupda isə bu göstərici 1600 MHz təşkil edir.
cybersecurity.ru
Baxış sayı: 1226
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib