12px13px15px17px
Tarix:02/08/13

“iPhone” və “Galaxy S4”-ə rəqib

"Google" və "Motorola" şirkətləri "iPhone" və "Galaxy S4" smartfonlarına rəqib təqdim ediblər. Əvvəllər "Moto X" kimi tanınan "Motorola X8" aparatı "Android 4.2.2 Jelly Bean" mobil əməliyyat sistemi ilə işləyir və tamamilə ABŞ-da istehsal edilir. Hər iki şirkətin məlumatına əsasən, yeni aparat özündə xeyli sayda yenilikləri birləşdirir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni aparat 4,7 düymlük ekranla təchiz edilib və ABŞ-da əsas mobil operatorlar ilə ikiillik müqavilə bağlanması şərti ilə avqustun sonunda 200 dollara satılmağa başlayacaq.

"Motorola" şirkətinin baş direktoru Denis Vudsayd deyib ki, "Moto X" smartfonu "Google"-un "Motorola Mobility" şirkətinə yatırdığı sərmayələrin ilk nəticəsidir. "Bu, "Google" və "Motorola" şirkətləri tərəfindən tamamilə sıfırdan birgə yaradılmış məhsuldur" – o deyib.

Sözügedən aparatın çəkisi 132 qramdır, akkumulyator batareyası vasitəsilə 24 saat və ya danışıq rejimində 13 saat işləyə bilər. İstifadəçilər arxa paneldə yerləşdirilmiş 10 meqapiksellik kameranın köməkliyi ilə 1080p təsvir ölçüsündə "HD" video çəkə bilərlər. Smartfona, həmçinin 2 meqapiksellik ön kamera quraşdırılıb. Daxili yaddaşın həcmi 16 və ya 32 QB təşkil edir, ABŞ-da son versiya ikiillik müqavilə bağlanması şərti ilə 250 dollar təşkil edir.

Yeni smartfon "Touchless Control" adlanan idarə sisteminə malikdir. Bu sistemin köməkliyi ilə aparat səs əmrləri ilə idarə olunur. Əsas ifadələr zəng, naviqasiya və ya internet-axtarış üçün təyin olunur.
"Moto X" smartfonu "Droid" aparatları kimi "Qualcomm Snapdragon S4 Krait" prosessoru ilə təchiz olunub.

Emil Hüseynov
 



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024