12px13px15px17px
Tarix:05/08/13

Kosmosa danışan robot da göndərildi



Avqustun 4-də Yaponiya Beynəlxalq Kosmik Stansiya üçün nəzərdə tutulan “HTV4” yük gəmisini yüklə birlikdə orbitə çıxarıb.

Kosmik aparatın buraxılışı yerli vaxtla saat 4:48-də Taneqasima adasından “H-2B” raket daşıyıcısı ilə həyata keçirilib. “HTV4” raketdən planlaşdırılmış vaxtda ayrılıb.

Aparatın göyərtəsində kosmik stansiyanın ekipajı üçün içməli su, yemək, geyim və digər materiallar, eləcə də danışan kiçik robot var.  

Boyu 30 santimetrdən bir qədər çox və çəkisi 1 kiloqrama yaxın olan “Android” aparat yaponca danışa bilir və Beynəlxalq Kosmik Stansiyaya sonradan gələcək yapon astronavtı Koiti Vakatanı gözləyəcək. Robotu icad edən Tomataka Takaxaşinin dediyinə görə, “Android” aparat astronavtla görüşəndə onu tanımalıdır.
Aparatı kosmosa göndərən alimlər robotun cəmiyyətdən təcrid olunmuş insanlara mənəvi dəstək göstərə bilməsini tədqiq etmək niyyətindədirlər.  

Koiti Vakata 2009-cu ildə Beynəlxalq Kosmik Stansiyada çalışıb. Stansiyada olduğu müddət ərzində astronavt bir sıra qeyri-adi sınaqlar keçirib. Belə ki, o, orbitdə kosmonavtlar üçün xüsusi alt geyimini, eləcə də xalça-təyyarəni sınaqdan keçirib.   
 
 



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024