12px13px15px17px
Tarix:06/08/13

Hakerlər “ağıllı” unitazların işinə müdaxilə ediblər


“Trustwave SpiderLabs” şirkətinin mütəxəssisləri "ağıllı" “Satis” unitazının təhlükəsizlik sistemində kritik boşluq aşkar ediblər. Məlum olub ki, kibercinayətkarlar yaponların bu texnika möcüzəsinin idarə edilməsinə kənardan müdaxilə edə bilərlər.

“Trustwave SpiderLabs” şirkəti unitazlarda boşluğu çoxdan aşkar edib, lakin mütəxəssislər istehsalçı ilə əlaqə saxlayaraq bu barədə onlara məlumat veriblər. Sözügedən cihazın istehsalçısı, Yaponiyanın “Lixil” firması xəbərdarlıqlara heç bir reaksiya vermədiyinə görə mütəxəssislər boşluq barədə məlumatları dərc etməyə qərar veriblər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Satis” unitazları “Android” platforması ilə işləyən smartfonlara quraşdırılmış “My Satis” tətbiqi vasitəsilə idarə olunur. Belə ki, əmrlər qurğuya “Bluetooth” vasitəsilə ötürülür.

Kibercinayətkar sahibdən icazəsiz unitazda suyu yuyub apara bilər. O, həmçinin məsafədən ventilyatoru aktivləşdirə, musiqini qoşa bilər.

Emil Hüseynov
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024