Tarix:12/08/13
“LG Electronics” şirkəti yeni “G2” smartfonunu təqdim edib. Aparat dördnüvəli “Qualcomm Snapdragon 800” mikroprosessoru, 5,2 düymlük “Full HD” təsvir ölçülü ekranla təchiz edilib, bundan başqa sözügedən cihaz “LTE-Advanced” rabitə standartını dəstəkləyir, lakin bu standart hələ ki yalnız Cənubi Koreyada kommersiya rejimində işləyir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, işəsalma və gurluq düymələri telefonun arxa panelində yerləşdirilib. Şirkətdən verilmiş məlumata görə, keçirilmiş sınaqların yekununa əsasən, smartfonun arxa paneli düymələrin yerləşdirilməsi üçün heç də pis yer deyil.
"G2 smartfonunun əsas yeniliyi onun dizaynıdır. Müşahidələrimizə əsasən, düymələrin arxa paneldə yerləşdirilməsi şəbəkə və KİV-də çox müzakirə olunub" – “LG Electronics Mobile Communications”un baş direktoru Yon Sok Pak deyib. "Şübhəsiz, sözügedən yanaşma tipik deyil, lakin biz əminik ki, istifadəçilər sözügedən həlli qiymətləndirəcək" – o deyib.
Gurluğun azaldılmasına xidmət edən düymənin sıxılaraq saxlanması smartfonun kamerasını işə salır, əks halda isə “QuickMemo” bloknotu aktiv olur.
Qeyd edək ki, “LG Electronics” şirkəti hazırda “Samsung” ilə çox çətinliklə rəqabət aparır, lakin son rübdə “LG” şirkətində canlanma əlamətləri qeydə alınıb və istifadəçilər getdikcə onun cihazları ilə daha çox maraqlanmağa başlayıblar. “IDC” analitik şirkətinin son məlumatlarına əsasən, “LG” şirkəti bu ilin ikinci rübündə 12 milyon aparat satıb və onun bazar payı 6,5% təşkil edir. Xatırladaq ki, “Samsung” şirkətində sözügedən göstərici 39%-dir.
Emil Hüseynov
“LG Electronics” şirkəti “G2” smartfonunu təqdim edib

Baxış sayı: 956
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib