Tarix:14/08/13
Görüş çərçivəsində Herbert Rasrbixter bildirib ki, son on il ərzində Azərbaycanda müşahidə olunan intensiv inkişaf, həyata keçirilən islahatlar və o cümlədən, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizə ilk səfəri üçün zəmin yaradıb.
"Yerli tərəfdaşlarla keçirilən görüşlərdə "HP" şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr, o cümlədən "Xalq kompüteri" layihəsi haqda ətraflı məlumat əldə etdim. Bu uğurlu təcrübənin digər ölkələrdə də tətbiqinin olduqca səmərəli olacağı qənaətindəyəm. Son illər qeydə alınan yüksək inkişaf fonunda biz Azərbaycanı regionun mərkəzi hesab edirik".
Bundan başqa, Herbert Rasrbixter gələn il "HP" şirkətinin Azərbaycan bazarında irimiqyaslı layihələrlə çıxış etmək niyyətində olduğunu bildirib.
"Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətə başlaması gələcəkdə ölkədə İKT-nin intensiv inkişafına zəmin yaradacaq".
H. Rasrbixter həmçinin, bu ilin dekabr ayında Bakıda keçiriləcək "Bakutel-2013" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini də qeyd edib.
Öz növbəsində nazir Əli Abbasov ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər, qlobal və regional layihələrin icrası və gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib.
Nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə insan kapitalının inkişafına yönələn mütərəqqi siyasətin həyata keçirildiyini vurğulayıb.
Daha sonra nazir sektor üzrə həyata keçirilən işlər kontekstində dünyanın aparıcı İT şirkəti olan "HP" ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Nazir “НР Enterprise” qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "НР Enterprise" qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rasrbixterlə görüşüb.Görüş çərçivəsində Herbert Rasrbixter bildirib ki, son on il ərzində Azərbaycanda müşahidə olunan intensiv inkişaf, həyata keçirilən islahatlar və o cümlədən, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ölkəmizə ilk səfəri üçün zəmin yaradıb.
"Yerli tərəfdaşlarla keçirilən görüşlərdə "HP" şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr, o cümlədən "Xalq kompüteri" layihəsi haqda ətraflı məlumat əldə etdim. Bu uğurlu təcrübənin digər ölkələrdə də tətbiqinin olduqca səmərəli olacağı qənaətindəyəm. Son illər qeydə alınan yüksək inkişaf fonunda biz Azərbaycanı regionun mərkəzi hesab edirik".
Bundan başqa, Herbert Rasrbixter gələn il "HP" şirkətinin Azərbaycan bazarında irimiqyaslı layihələrlə çıxış etmək niyyətində olduğunu bildirib.
"Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətə başlaması gələcəkdə ölkədə İKT-nin intensiv inkişafına zəmin yaradacaq".
H. Rasrbixter həmçinin, bu ilin dekabr ayında Bakıda keçiriləcək "Bakutel-2013" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini də qeyd edib.
Öz növbəsində nazir Əli Abbasov ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər, qlobal və regional layihələrin icrası və gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib.
Nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə insan kapitalının inkişafına yönələn mütərəqqi siyasətin həyata keçirildiyini vurğulayıb.
Daha sonra nazir sektor üzrə həyata keçirilən işlər kontekstində dünyanın aparıcı İT şirkəti olan "HP" ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Baxış sayı: 998
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir