12px13px15px17px
Tarix:30/08/13

ABŞ-da yaşlı istifadəçilər üçün smartfon çıxarılıb

Amerikanın “GreatCall” şirkəti yaşlı istifadəçilər üçün yeni smartfon çıxaracaq. “Jitterbug Touch 2” adlı model kifayət qədər sadə texniki xüsusiyyətlərə malikdir və 140 dollar qiymətinə satılır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Jitterbug Touch 2” smartfonu 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran, 1.5 QHs takt tezlikli “Qualcomm MSM8625” prosessoru, 512 MB əməli və 4 QB daxili yaddaş və 5 meqapiksellik kamera ilə təchiz edilib.

Aparata sağlamlığa, dərmanların qəbuluna nəzarət etməyə kömək edən bir sıra tətbiqlər quraşdırılıb. Bundan başqa, “Android 4.0” əməliyyat sisteminin dəyişilmiş interfeysi sadəliyi və böyük şriftlər ilə seçilir, bu da yaşlı insanların ekrandan informasiya oxuması prosesini asanlaşdırır.

Emil Hüseynov
 



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024