12px13px15px17px
Tarix:31/08/13

4000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilmiş smartfon təqdim edilib

"Fly IQ4403 Energie 3" smartfonu 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Buna baxmayaraq, smartfonun korpusu nazik  və yığcam qalıb. Aparatın satışlarına 2013-cü il sentyabrın əvvəlində başlanılacaq.

“ICTnews.az” elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, aparat 4,5 düymlük 854x480 piksel təsvir ölçüsündə "TFT" ekran, 1.3 QHs takt tezlikli "MTK6572W" prosessoru, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş, 5 meqapiksellik kamera, 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Aparatın ölçüləri 137 x 67 x 12,9 millimetr təşkil edir. İki SİM kart dəstəkləyir.

Emil Hüseynov
 



Baxış sayı: 2906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024