12px13px15px17px
Tarix:02/09/13

“DARPA” “universal əsgər” proqramının inkişafında yeni mərhələyə qədəm qoyub


 ABŞ Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) əsasən əsgərlər üçün nəzərdə tutulan "Warrior Web" proqramının inkişafı üzrə ikinci mərhələyə keçməyə hazır olduğunu rəsmən bəyan edib.

"DARPA" nümayəndələrinin sözlərinə görə, piyada missiyalarında əsgərlər tez-tez çəkisi 50 kiloqramadək olan müxtəlif elektronika, ehtiyat silah-sursat və digər yük daşımalı olurlar. Böyük məsafələr qət edilən zaman əlavə yük diz, topuq, bud və bel kimi həssas yerlərdə, eləcə də bel sümüyündə zədələnmə riskini artırır.  
Lakin proqramın əsasını təşkil edən "Warrior Web" adlı kostyum o qədər yüngül və rahatdır ki, onu hətta adi hərbi forma altından geymək olar.

Hazırkı kostyum prototiplərində oynaqları bərkidən, çəkini bütün bədən üzrə paylayan və kinestezik hissləri (hərəkət prosesi zamanı bədənin müxtəlif hissələrinin və əzələlərin vəziyyətinin hiss edilməsi) təmin edən texnologiya tətbiq edilib. Kostyumun konfiqurasiyasına missiyalarda dözümlüyün artırılması məqsədilə əsgərin orqanizminin vəziyyətinin diaqnostikası üçün nəzərdə tutulan çoxlu sayda cihazlar da daxildir.

"B" mərhələsi işləmənin yaxşılaşdırılması və kommersiyalaşdırılması üçün ideyalar axtarışını nəzərdə tutur. Maraqlı tərəflər üçün xüsusi tədbirlər artıq sentyabrın 5-də baş tutacaq. Hazırda "DARPA" mövcud texnologiyaların təkmilləşdirilməsi üsullarının axtarışındadır, eləcə də kostyumu maksimum rahat və möhkəm edəcək material və parçaları nəzərdən keçirir. Agentlik üçün həmçinin kostyumun fizioterapiya və ya hərəkət qabiliyyəti məhdud olan insanların reabilitasiyasında ondan potensial istifadə ilə bağlı mütəxəssislərin fikri də maraqlıdır.

Hazırda "DARPA"-nın laboratoriyalarında "Warior Web" kostyumunun 3 işçi prototipi var. Lakin agentlik artıq bu il onlardan biri ilə bağlı qərar qəbul edəcəyinə ümid edir, - "IT Expert www.itexpert.org.ua" yazır.    
 
 



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024