12px13px15px17px
Tarix:02/09/13

Nəhəng konstruksiyaların “3D” çapı üçün robotlar hazırlanır


ABŞ Milli Aeronavtika və Kosmik İdarəetmə Agentliyi (NASA) bilavasitə yerətrafı məkanda nəhəng konstruksiyaları “çap etməyə” imkan verən orbital sistemin yaradılması üzrə layihənin həyata keçirilməsi üçün 500 min dollar ayırıb. Bunun üçün robotlardan, antena və günəş batareyalarının yaradılması ilə məşğul olacaq “3D” printerlərin analoqlarından istifadə planlaşdırılır.  

Qeyd olunur ki, Yer orbitinə materialların göndərilməsi hazır və iri konstruksiyaların göndərilməsi kimi bahalı deyil. “Lif çarxları və polimer blokları işə salmaq hazır komponentləri işə salmaqdan həm asan, həm də ucuzdur”, - “SpiderFab” layihəsinin yaradılması ilə məşğul olan “Tethers Unlimited” şirkətinin nümayəndələri bildirib.

Təklif olunan yanaşma mövcud texnologiyaların köməyi ilə Yer orbitinə çatdırılması mümkün olan konstruksiyalardan on dəfədən çox nəhəngini yaratmağa imkan verəcək. Yer yaxınlığında yerləşən antenalar kosmosu daha səmərəli tədqiq etməyə və yerdənkənar sivilizasiyaların axtarışını aparmağa şərait yaradacaq.    
Sistemin ilk sınaqları 2020-ci ildə nəzərdə tutulur, - “Onliner www.onliner.by” yazır.



Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024