Tarix:04/09/13
Tədbir çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bır sıra ölkələrin sahə nazirləri və aparıcı beynəlxalq təsisatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Sentyabrın 12-də nazir Əli Abbasovun iştirak edəcəyi "Dünya İqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf" mövzusunda görüş keçiriləcək.
Forum çərçivəsində nazir Ə.Abbasov "Rəqəmsal iqtisadiyyatın qorunması" mövzusunda sessiyada əsas məruzəçi olmaqla yanaşı, "22-ci əsrdə İpək Yolunun kəşfi" mövzusunda müzakirələrdə xüsusi qonaq qismində çıxış edəcək və "TASİM" layihəsinin əhəmiyyəti haqda iştirakçılara ətraflı məlumat təqdim edəcək.
Bundan başqa "Davos Yay Forumu"nda nazir Ə.Abbasovun İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Sammiti və Strateji görüşdə, kibermöhkəmlik, rəqəmsal infrastrukturun çatdırılması və digər əhəmiyyətli mövzulara həsr olunmuş sessiyalarda iştirakı gözlənilir.
Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən Forumda dünyanın qabaqcıl qlobal biznes strukturlarının nümayəndələri də iştirak edirlər.
Həmçinin "Davos Yay Forumu" kimi tanınan görüşdə əsas qərar qəbul edənlər, o cümlədən dinamik və sürətlə inkişaf edən şirkətlərin strateqləri, əməkdaşları və liderləri arasında mübadilə üçün unikal imkan yaradılır.
Tədbirdə hökumət, media, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bu müzakirələrdə əldə olunan nəticələri, strategiyaları və həlləri bölüşmək, o cümlədən qlobal məsələləri və riskləri müzakirə etmək üçün 90 ölkədən 1500-dən çox iştirakçı bir araya gələcək. Yeni aparıcı icma – "Global Growth Companies", "Gənc Qlobal Liderlər", gənc alimlər, "Texnologiya Pionerləri", Sosial Sahibkarlar və Dünya İqtisadi Forumunun gənc icması nümayəndələri fikir və təcrübə mübadiləsi aparacaqlar.
Aynur Vəliyeva
Nazir “Davos Yay Forumu”nda iştirak edəcək
Azərbaycan nümayəndə heyəti sentyabrın 11-13 tarixlərində Dalyanda (Çin) keçiriləcək "Davos Yay Forumu"nda iştirak edəcək.Tədbir çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun bır sıra ölkələrin sahə nazirləri və aparıcı beynəlxalq təsisatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Sentyabrın 12-də nazir Əli Abbasovun iştirak edəcəyi "Dünya İqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf" mövzusunda görüş keçiriləcək.
Forum çərçivəsində nazir Ə.Abbasov "Rəqəmsal iqtisadiyyatın qorunması" mövzusunda sessiyada əsas məruzəçi olmaqla yanaşı, "22-ci əsrdə İpək Yolunun kəşfi" mövzusunda müzakirələrdə xüsusi qonaq qismində çıxış edəcək və "TASİM" layihəsinin əhəmiyyəti haqda iştirakçılara ətraflı məlumat təqdim edəcək.
Bundan başqa "Davos Yay Forumu"nda nazir Ə.Abbasovun İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Sammiti və Strateji görüşdə, kibermöhkəmlik, rəqəmsal infrastrukturun çatdırılması və digər əhəmiyyətli mövzulara həsr olunmuş sessiyalarda iştirakı gözlənilir.
Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən Forumda dünyanın qabaqcıl qlobal biznes strukturlarının nümayəndələri də iştirak edirlər.
Həmçinin "Davos Yay Forumu" kimi tanınan görüşdə əsas qərar qəbul edənlər, o cümlədən dinamik və sürətlə inkişaf edən şirkətlərin strateqləri, əməkdaşları və liderləri arasında mübadilə üçün unikal imkan yaradılır.
Tədbirdə hökumət, media, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bu müzakirələrdə əldə olunan nəticələri, strategiyaları və həlləri bölüşmək, o cümlədən qlobal məsələləri və riskləri müzakirə etmək üçün 90 ölkədən 1500-dən çox iştirakçı bir araya gələcək. Yeni aparıcı icma – "Global Growth Companies", "Gənc Qlobal Liderlər", gənc alimlər, "Texnologiya Pionerləri", Sosial Sahibkarlar və Dünya İqtisadi Forumunun gənc icması nümayəndələri fikir və təcrübə mübadiləsi aparacaqlar.
Aynur Vəliyeva
Baxış sayı: 1047
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir