Tarix:10/09/13
"Intel" korporasiyası tərəfindən hazırlanan "WiDi" (Wireless Display) texnologiyası kontentin noutbukdan televizor və ya monitora simsiz ötürülməsini təmin edir. Sistem "Wi-Fi" standartına əsaslanmaqla uyğun panellərdə yüksək təsvir ölçüsünə malik videonu və çoxkanallı səsi nümayiş etdirməyə imkan verir. 3.5 "WiDi" versiyası əlavə olaraq "Miracast"ı (19 sentyabr 2012-ci ildə "Wi-Fi Alliance" tərəfindən təsdiq olunan multimedia siqnalının simsiz ötürülməsi standartı) dəstəkləyir.
Qeyd olunur ki, "LG Display" şirkətinin təqdim etdiyi maye-kristal panel 23,8 düymlük diaqonala malikdir (ekranın təsvir ölçüsü barədə məlumat verilmir). "WiDi"-ın dəstəklənməsini təmin edən çip bilavasitə maye-kristal modula quraşdırılıb.
Yeni qurğu sentyabrın 10-12-də San-Fransiskoda keçiriləcək "Intel Developer Forum 2013" tərtibatçılar forumunda təqdim olunacaq, - "3DNews www.3dnews.ru" yazır.
“LG Display” monitorlar üçün “WiDi”-ni dəstəkləyən dünyanın ilk maye-kristal panelini nümayiş etdirib
"LG Display" şirkəti televizorlar və kompüterlər üçün "WiDi" texnologiyasını dəstəkləyən dünyanın ilk maye-kristal (LCD) panelinin yaradılmasını bəyan edib."Intel" korporasiyası tərəfindən hazırlanan "WiDi" (Wireless Display) texnologiyası kontentin noutbukdan televizor və ya monitora simsiz ötürülməsini təmin edir. Sistem "Wi-Fi" standartına əsaslanmaqla uyğun panellərdə yüksək təsvir ölçüsünə malik videonu və çoxkanallı səsi nümayiş etdirməyə imkan verir. 3.5 "WiDi" versiyası əlavə olaraq "Miracast"ı (19 sentyabr 2012-ci ildə "Wi-Fi Alliance" tərəfindən təsdiq olunan multimedia siqnalının simsiz ötürülməsi standartı) dəstəkləyir.
Qeyd olunur ki, "LG Display" şirkətinin təqdim etdiyi maye-kristal panel 23,8 düymlük diaqonala malikdir (ekranın təsvir ölçüsü barədə məlumat verilmir). "WiDi"-ın dəstəklənməsini təmin edən çip bilavasitə maye-kristal modula quraşdırılıb.
Yeni qurğu sentyabrın 10-12-də San-Fransiskoda keçiriləcək "Intel Developer Forum 2013" tərtibatçılar forumunda təqdim olunacaq, - "3DNews www.3dnews.ru" yazır.
Baxış sayı: 703
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib