12px13px15px17px
Tarix:16/09/13

29 dollarlıq telefon təqdim olunub

Finlandiyanın “Nokia” şirkəti “Nokia 108” telefonunu təqdim edib. İstehsalçı yebni cihazı “çox ucuz kamerofon” adlandırıb. Sözügedən model 0,3 meqapiksellik kamera ilə təchiz edilib və qiyməti 29 dollar təşkil edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki,  “Nokia 108” telefonu 1,8 düymlü 160×128 piksel təsvir ölçülü rəngli ekran, “Bluetooth 3.0” modulu, 3,5 millimetrlik audio konnektor, 4 MB daxili yaddaş və “microSD” slotu ilə təchiz edilib. Model “3G” şəbəkələrini dəstəkləmir. Satışa, həmçinin “Dual SIM” versiyalar çıxarılacaq.

“Nokia 108”in ölçüləri 110×47×13,5 mm, çəkisi 70 qr təşkil edir. 950 milliamper/saat tutumunda batareya danışıq rejimində 14 saat və ya gözləmə rejimində 1 aya kifayət edir.

Emil Hüseynov



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024