Tarix:17/09/13
Massaçusets Texnoloji İnstitutunun (MIT) mühəndisləri robotları kömək istəməyi öyrədirlər. Tədris üçün "IKEA" mebellərinin yığılması üçün nəzərdə tutulan manipulyatorlu "youBot" mobil robotlarından istifadə olunur. Layihəyə əsasən, robotun müstəqil şəkildə öhdəsindən gələ bilmədiyi gözlənilməz vəziyyətlə qarşıladığı zaman o, insandan kömək istəməlidir.
Robotun insanın yardımına ehtiyac ola biləcək hallar çoxdur. Məsələn, yığma stendində detalların çətinliklə götürülməsi və ya detalların quraşdırılmasında yaranan çətinliklər. Çətin vəziyyətlə qarşılaşan "youBot" yaranan çətinliklərin xarakterini müstəqil şəkildə müəyyən edərək onun təsnifatını aparmalı, daha sonra aydın və sadə şəkildə insandan kömək istəməlidir.
Sınaqlarda iştirak edən robotlar prosesi aparan şəxslərdən yığılan masanın ağ rəngli ayağını verməyi, mizi çevirməyi və ya vinti daha möhkəm bağlamağı xahiş etməlidir. Yardım üçün xahiş səsli həyata keçirilir. Kömək alan robotlar insana təşəkkür edə və işi müstəqil davam etdirə bilərlər. Perspektivdə belə sistem istehsalat ilə məşğul olan robotların biliklərini təkmilləşdirməyə imkan verəcək, çünki operatorlar tərəfindən yubanmaların səbəbinin aydınlaşdırılmasına ehtiyac qalmayacaq, - "Lenta" www.lenta.ru yazır.
Amerikalılar robotları kömək istəməyi öyrədiblər

Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib