Tarix:21/09/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” oktyabrın 15-də yeni “iPad 5”i təqdim etməyə, satışа isə noyabrın ilk günlərində başlamağa hazırlaşır.
Yeni “iPhone 5S”də olduğu kimi, “iPad 5”də də yeni A7 prosessor olacaq, lakin planşet versiyasında prosessor A7X adlanacaq və bu “Apple”-ın istehsal etdiyi ən güclü prosessor olacaq.
“iPad 5”in dizaynının “iPad 4 Retina”ya oxşamayacağı bildirilib, o, “iPad Mini”nin böyüdülmüş, lakin 15% daha nazik və 25% daha yüngül versiyası olacaq. Lakin “iPad 5”-in xarici görünüşü ilə bağlı son qərar qəbul edilməyib və son anda dizaynda dəyişikliklər edilə bilər.
Öncə yeni “iPad”-in displeyinin 13 düymədək artırılacağı bildirilirdi, hazırda isə mənbələr bu haqda heç bir məlumat vermir. Bu ölçüdə ekrana malik olan planşetləri yaxın bir il ərzində gözləməyə dəyməz. Qeyri - rəsmi məlumatlara əsasən, yeni “iPad”-lərın yaddaş həcmi və qiyməti dəyişməyəcək və ABŞ üçün 16 FB və Wi-Fi dəstəkləyən qurğuların qiyməti 499 dollardan başlayacaq.
Eyni zamanda, “iPad 5” qurğusunda “iPad 4”də və ya “iPhone 5S”də olmayan inqilabi yeniliklər olmayacaq.
Aynur Vəliyeva
“Apple” şirkəti “iPad5”i oktyabrın 15-də təqdim edəcək
“Apple” şirkətinin pərəstişkarları yeni “iPhone 5S” və “iPhone 5C” almaq üçün dükanlara hücum etdiyi bir vaxtda şirkət növbəti yeniliklərinin təqdimatına hazırlaşır.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” oktyabrın 15-də yeni “iPad 5”i təqdim etməyə, satışа isə noyabrın ilk günlərində başlamağa hazırlaşır.
Yeni “iPhone 5S”də olduğu kimi, “iPad 5”də də yeni A7 prosessor olacaq, lakin planşet versiyasında prosessor A7X adlanacaq və bu “Apple”-ın istehsal etdiyi ən güclü prosessor olacaq.
“iPad 5”in dizaynının “iPad 4 Retina”ya oxşamayacağı bildirilib, o, “iPad Mini”nin böyüdülmüş, lakin 15% daha nazik və 25% daha yüngül versiyası olacaq. Lakin “iPad 5”-in xarici görünüşü ilə bağlı son qərar qəbul edilməyib və son anda dizaynda dəyişikliklər edilə bilər.
Öncə yeni “iPad”-in displeyinin 13 düymədək artırılacağı bildirilirdi, hazırda isə mənbələr bu haqda heç bir məlumat vermir. Bu ölçüdə ekrana malik olan planşetləri yaxın bir il ərzində gözləməyə dəyməz. Qeyri - rəsmi məlumatlara əsasən, yeni “iPad”-lərın yaddaş həcmi və qiyməti dəyişməyəcək və ABŞ üçün 16 FB və Wi-Fi dəstəkləyən qurğuların qiyməti 499 dollardan başlayacaq.
Eyni zamanda, “iPad 5” qurğusunda “iPad 4”də və ya “iPhone 5S”də olmayan inqilabi yeniliklər olmayacaq.
Aynur Vəliyeva
Baxış sayı: 729
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib