Tarix:24/09/13
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni texnologiya məişət tullantılarından təbii mineral birləşmələr əlavə etməklə gübrə almaq qabiliyyətinə də malikdir. Bu istiqamətdə tədqiqatlar institutun əməkdaşı, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərliyi ilə aparılıb. Onun sözlərinə görə, qurğudan alınan gübrələr hər növ bitkilərin yetişdirilməsində istifadə oluna bilər. Mini zavodun sayının çoxaldılması və ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulur. Yeni üsul AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodunda sınaqdan keçirilib və lazımi göstəricilər əldə olunub.
Nəticələr Quba Regional Aqrar Elm Mərkəzində tətbiq olunub. Orada 0.5 hektarlıq sahədə əkilmiş yoncanın məhsuldarlığı göstərib ki, bu üsulla alınmış gübrə klassik yolla alınmış gübrədən geri qalmır. Tədqiqatların nəticələri Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəstəklənir. Bu günə qədər aparılmış tədqiqatlara və keçirilmiş sınaqlara Kimya Problemləri İnstitutu tərəfindən 3700 manat xərclənib.
Qeyd edək ki, ixtiraya Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyənin Sakarya Universitetindən patent alınıb.
Həqiqət İSABALAYEVA
Azərbaycan alimləri tullantıları zərərsizləşdirən səyyar mini zavod ixtira ediblər
Azərbaycan alimləri tullantıları zərərsizləşdirən səyyar mini zavod ixtira ediblər. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən icad edilən zavod məişət və sənaye tullantılarını zərərsizləşdirərək, bitkilər üçün gübrə hazırlayır.AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni texnologiya məişət tullantılarından təbii mineral birləşmələr əlavə etməklə gübrə almaq qabiliyyətinə də malikdir. Bu istiqamətdə tədqiqatlar institutun əməkdaşı, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərliyi ilə aparılıb. Onun sözlərinə görə, qurğudan alınan gübrələr hər növ bitkilərin yetişdirilməsində istifadə oluna bilər. Mini zavodun sayının çoxaldılması və ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulur. Yeni üsul AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodunda sınaqdan keçirilib və lazımi göstəricilər əldə olunub.
Nəticələr Quba Regional Aqrar Elm Mərkəzində tətbiq olunub. Orada 0.5 hektarlıq sahədə əkilmiş yoncanın məhsuldarlığı göstərib ki, bu üsulla alınmış gübrə klassik yolla alınmış gübrədən geri qalmır. Tədqiqatların nəticələri Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəstəklənir. Bu günə qədər aparılmış tədqiqatlara və keçirilmiş sınaqlara Kimya Problemləri İnstitutu tərəfindən 3700 manat xərclənib.
Qeyd edək ki, ixtiraya Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyənin Sakarya Universitetindən patent alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1291
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib