Tarix:03/10/13
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfonun xüsusiyyətləri dəridən işlənmiş titan korpusa (açıq-qəhvəyi, qara, narıncı, tünd qəhvəyi və tünd qırmızı) malik olması və ekranın üzərini örtən qoruyucu sapfirli şüşədir.
Qoruyucu sapfirli şüşənin ölçüsü (5,1 düym) ekranın öz ölçüsündən (4,3 düym) böyükdür. İstehsalçı iddia edir ki, sözügedən qoruyucu şüşə sayəsində ekran bir metr hündürlükdən düşən 200 qr-lıq polad kürənin zərbəsinə tab gətirmək iqtidarındadır.
“Constellation” smartfonunda ekranın təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. Smartfon “Snapdragon S4” ikinüvəli prosessoru və iki kamera (13 və 1,3 meqapiksellik) ilə təchiz edilib. Aparat “Wi-Fi”, “Bluetooth” və “NFC” modullarını dəstəkləyir və 32 QB həcmində daxili yaddaşa malikdir. “LTE” şəbəkələrinə qoşulmaq imkanına malik deyil.
“Vertu” şirkəti 1998-ci ildən fəaliyyət göstərir və elit mobil telefon istehsalı üzrə ixtisaslaşıb. Qiyməti 100 min dollarla ölçülən “Vertu” aparatları texniki imkanlarına görə çox vaxt ucuz qurğulardan geri qalır, lakin bahalı materiallardan işlənib hazırlanır.
Emil Hüseynov
“Vertu” 5 min avroluq smartfon təqdim edib
“Vertu” şirkəti bu gün “Constellation” seriyasından yeni smartfon təqdim edib. “Android 4.2” əməliyyat sistemi ilə işləyən aparat oktyabrın sonunda satışa çıxarılacaq və qiyməti 5100 avro olacaq.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfonun xüsusiyyətləri dəridən işlənmiş titan korpusa (açıq-qəhvəyi, qara, narıncı, tünd qəhvəyi və tünd qırmızı) malik olması və ekranın üzərini örtən qoruyucu sapfirli şüşədir.
Qoruyucu sapfirli şüşənin ölçüsü (5,1 düym) ekranın öz ölçüsündən (4,3 düym) böyükdür. İstehsalçı iddia edir ki, sözügedən qoruyucu şüşə sayəsində ekran bir metr hündürlükdən düşən 200 qr-lıq polad kürənin zərbəsinə tab gətirmək iqtidarındadır.
“Constellation” smartfonunda ekranın təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. Smartfon “Snapdragon S4” ikinüvəli prosessoru və iki kamera (13 və 1,3 meqapiksellik) ilə təchiz edilib. Aparat “Wi-Fi”, “Bluetooth” və “NFC” modullarını dəstəkləyir və 32 QB həcmində daxili yaddaşa malikdir. “LTE” şəbəkələrinə qoşulmaq imkanına malik deyil.
“Vertu” şirkəti 1998-ci ildən fəaliyyət göstərir və elit mobil telefon istehsalı üzrə ixtisaslaşıb. Qiyməti 100 min dollarla ölçülən “Vertu” aparatları texniki imkanlarına görə çox vaxt ucuz qurğulardan geri qalır, lakin bahalı materiallardan işlənib hazırlanır.
Emil Hüseynov
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib