12px13px15px17px
Tarix:11/10/13

Dünyanın ən böyük sensor istehsalçısı barmaq izləri skaneri ilə maraqlanır

Biometrik sensorlar istehlak elektronikasında yeni tendensiyaya çevrilir. Barmaq izləri skaneri ilk öncə “iPhone 5S” smartfonunda, daha sonra  2014-cü ildə “Android” platforması ilə işləyən smartfonlarda “Touch ID” olacağına söz verilib.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ən böyük sensor istehsalçılarından biri – “Synaptics” şirkəti, həmçinin yerində saymır. Şirkət daktiloskopiya seqmentində sensor və texnologiyaların hazırlanması sahəsində ixtisaslaşmış “Validity” startapını satın alıb. Sazişin qiyməti 92,5 milyon dollar təşkil edir.

“Synaptics” şirkəti bu startapı satın almaqla bir güllə ilə iki dovşanı eyni anda vurub. Birincisi, şirkət artıq malik olduğu texnologiyaları öz sensor panellərinə quraşdıra bilər, ikincisi, o, populyarlaşmaqda olan barmaq izləri bazarına daxil olub.

“Synaptics” şirkətinin məhsulları fərdi kompüter, noutbuk, periferiya, mobil telefon, mp3 pleyerlər və başqa qurğularda tətbiq edilir.

Emil Hüseynov



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024