12px13px15px17px
Tarix:12/10/13

Uşaqlar üçün “Ağıllı qələm”

Azərbaycanda “Danışan kitablar” ideyası çərçivəsində “Ağıllı qələm”  layihəsinin həyata keçirilməsinə başlanılıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Ağıllı qələm” yapon alimlərinin son texnoloji nailiyyətlərinin (informasiyanın kağızdan oxunması) imkanları əsasında mütəxəssislərin rəhbərliyi altında hazırlanmış ingilis dilini praktik metodlarla öyrədən tədris vəsaitidir, başqa sözlə, fərdi ingilis dili müəllimidir.
 
Layihədə məqsəd məktəbəqədərki dövrdə uşaqları ingilis dilini öyrənməyə təşviq etmək, onlarda 1000-2000 civarında söz ehtiyatı formalaşdırmaq və onların birinci sinfə qədəm qoyarkən ingilis dilində hazırlıqlı olmasını təmin etməkdir.
Tetra “Ağıllı qələmi”nin satış dəsti dərslik və “ağıllı” qələmdən ibarətdir. Dərsə başlamaq üçün qələmi kitabın üz qapağına toxundurmaqla kitabı qələmə tanıtmaq lazımdır. Qeyd edək ki, “Ağıllı qələm”dən istifadə qaydaları hər bir dərsliyin son səhifəsində verilir.
İlk səhifədə ingilis dilinin əlifbası verilib. Qələmi hərflərə toxundurmaqla onların tələffüzünü və hər bir hərfə uyğun verilən söz nümunəsini dinləyirik. Məsələn; hərf: B, b, söz nümunəsi: bear [bi:]− ayı və ayının şəkli. Beləliklə, həm hərfi görür, həm tələffüzünü eşidir, həm də söz nümunəsinin şəklinə baxırıq. Eyni anda eşitmə və görmə yaddaşının birgə fəaliyyəti təmin olunur.
Hər mövzunun əvvəlində “İzah” işarəsi var. Qələmi ona toxundurmaqla mövzu haqqında qısa məlumat əldə edirik.
Sözlərin  mövzu üzrə qruplaşdırılması öyrənilməsini asanlaşdırır. Hər dəfə qələmi sözlərə toxundurmaqla ingilis dilində tələffüzünü və tərcüməsini dinləyir  və öyrənirik.
“Ağıllı qələm”i hər səhifənin aşağı hissəsində olan “sual” işarəsinə  toxundurmaqla səhifəni necə öyrəndiyimizi yoxlaya bilərik. Bu zaman “Ağıllı qələm” sözü tələffüz edir, istifadəçi də onu səhifədə göstərir. Cavab doğrudursa, qələm alqış sədaları altında “Afərin, doğrudur” deyir, səhvdirsə, “Musiqili nida” səsi eşidilir. Sual-cavab əməliyyatını bitirmədən növbəti səhifəyə keçmək üçün “Stop” işarəsindən istifadə etmək lazımdır.
Hər kitabın sonunda uşaqların yaş psixologiyasına uyğun musiqili səhifələr var. Uşaqlar öyrəndiyi sözləri musiqi ilə dinləyib əylənə-əylənə təkrar edə bilərlər.

Xatırlatma funksiyası vasitəsilə isə qələm uşaqların cavablarına münasibət bildirməklə onları həvəsləndirir və ya tənbeh edir. Həmçinin uşaq qələmi qoyub gedəndə üç dəfə xəbərdarlıqdan sonra avtomatik sönür. Bununla həm də enerjiyə qənaət edir.

Həmçinin, bu qələmdən istifadə etməklə uşaqlar yemək yeyərkən və ya yatarkən ingilis dilində musiqi dinləyə bilərlər. Bunun üçün “Ağıllı qələm”in oturacağında olan Mp3 funksiyasından istifadə etmək olar.
Qeyd edək ki, “Ağıllı qələm” proqramına bir neçə kitab daxildir. Hər bir kitabı  “www.tetra.az” saytının müvafiq bölməsindən asanlıqla “Ağıllı qələm”ə yükləmək və ya silmək mümkündür.
 
CAHANGİR




Baxış sayı: 1670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024