Tarix:18/10/13
Ekranların hər biri müxtəlif informasiyanı əks etdirir. Müraciətə əlavə edilmiş illüstrasiyada ekranların birində poçt proqramı, başqa birində fotoşəkil, başqasında isə messencer açılıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qolbaq üçün müraciət (№20130271495) 2012-ci ilin avqustunda təqdim edilib və 2013-cü il oktyabrın 17-də qurumun saytında dərc edilib. Təsvirə əsasən, qurğu, həmçinin mobil telefon funksiyalarını yerinə yetirə bilər.
Qolbaq haqqında materialın dərcindən sonra qurğunun istehsalçılarından biri Kent Layons “Engadget” texno bloqu ilə əlaqə saxlayıb. O deyib ki, qolbaq yalnız "kağız" üzərində deyil, “Nokia” şirkətində qurğunun hazır prototipi var.
Prototipin kod adı “Facet” adlanır və ekranlara malik altı həlqədən ibarətdir. İstifadəçi ekranlardan birində açılmış tətbiqi digərinə keçirə bilər.
Qurğunun istehsal tarixi məlum deyil. Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Nokia” şirkəti öz mobil biznesini “Microsoft” şirkətinə satıb.
Emil Hüseynov
“Nokia” şirkəti qolbaq formasında kompüteri patentləşdirəcək
“Engadget” yazır ki, “Nokia” şirkətinin ABŞ Patent Qurumuna təqdim etdiyi müraciətdə qolbaq şəklində mobil qurğu təsvir edilib. Qolbağın hər bir həlqəsinə sensor ekran quraşdırılıb.Ekranların hər biri müxtəlif informasiyanı əks etdirir. Müraciətə əlavə edilmiş illüstrasiyada ekranların birində poçt proqramı, başqa birində fotoşəkil, başqasında isə messencer açılıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qolbaq üçün müraciət (№20130271495) 2012-ci ilin avqustunda təqdim edilib və 2013-cü il oktyabrın 17-də qurumun saytında dərc edilib. Təsvirə əsasən, qurğu, həmçinin mobil telefon funksiyalarını yerinə yetirə bilər.
Qolbaq haqqında materialın dərcindən sonra qurğunun istehsalçılarından biri Kent Layons “Engadget” texno bloqu ilə əlaqə saxlayıb. O deyib ki, qolbaq yalnız "kağız" üzərində deyil, “Nokia” şirkətində qurğunun hazır prototipi var.
Prototipin kod adı “Facet” adlanır və ekranlara malik altı həlqədən ibarətdir. İstifadəçi ekranlardan birində açılmış tətbiqi digərinə keçirə bilər.
Qurğunun istehsal tarixi məlum deyil. Xatırladaq ki, 2013-cü ilin sentyabrında “Nokia” şirkəti öz mobil biznesini “Microsoft” şirkətinə satıb.
Emil Hüseynov
Baxış sayı: 1067
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib