Tarix:18/10/13
“Ubuntu” platforması ilə işləyən mobil qurğular hələ ki çıxarılmayıb, lakin əməliyyat sistemini “Android” ilə işləyən bəzi smartfon və planşet modellərinə quraşdırmaq olar. Rəsmi şəkildə yalnız “Nexus” qurğuları dəstəklənir.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mobil qurğular üçün “Ubuntu” əməliyyat sistemi hələ ki tətbiq mağazasından məhrumdur. İstifadəçi ƏS-ni quraşdırdıqdan sonra yalnız əsas proqram dəstinə malik olur: “WebKit” mühərrikli brauzer, telefon tətbiqi, SMS, fotoqalereya, hava proqnozu və kalkulyator üçün proqram.
“Canonical” şirkəti 2011-ci ildən “Ubuntu” mobil əməliyyat sistemi üzərində işləyir. 2013-cü ilin yayında şirkət bu ƏS-i ilə işləyən öz smartfonunu istehsal etməyə qərar verib. Layihəyə pul “Indiegogo” saytının köməyi ilə toplanılıb. Lakin 32 milyon dolları toplamaq mümkün olmayıb.
Emil Hüseynov
İlk sabit "mobil" “Ubuntu” təqdim edilib
“Canonical” şirkəti oktyabrın 17-də “Ubuntu 13.10 Saucy Salamander” əməliyyat sisteminin sabit versiyasını çıxarıb. Versiyanın xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız kompüter və serverlərdə deyil, həm də smartfon və planşetlərdə işləmək qabiliyyətinə malikdir.“Ubuntu” platforması ilə işləyən mobil qurğular hələ ki çıxarılmayıb, lakin əməliyyat sistemini “Android” ilə işləyən bəzi smartfon və planşet modellərinə quraşdırmaq olar. Rəsmi şəkildə yalnız “Nexus” qurğuları dəstəklənir.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mobil qurğular üçün “Ubuntu” əməliyyat sistemi hələ ki tətbiq mağazasından məhrumdur. İstifadəçi ƏS-ni quraşdırdıqdan sonra yalnız əsas proqram dəstinə malik olur: “WebKit” mühərrikli brauzer, telefon tətbiqi, SMS, fotoqalereya, hava proqnozu və kalkulyator üçün proqram.
“Canonical” şirkəti 2011-ci ildən “Ubuntu” mobil əməliyyat sistemi üzərində işləyir. 2013-cü ilin yayında şirkət bu ƏS-i ilə işləyən öz smartfonunu istehsal etməyə qərar verib. Layihəyə pul “Indiegogo” saytının köməyi ilə toplanılıb. Lakin 32 milyon dolları toplamaq mümkün olmayıb.
Emil Hüseynov
Baxış sayı: 688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib