Tarix:21/10/13
Tokio şəhər hakimiyyəti xarici turistləri Yaponiya paytaxtının görməli yerləri ilə tanış etmək üçün bələdçi rolunu oynayacaq xüsusi informasiya eynəyini sınaqdan keçirir. Bu barədə yerli KİV məlumat verib.
Qurğu hazırlanma mərhələsində olsa da, Tokionun Minato rayonunun aşağı sinif məktəblərinin şagirdləri onu yoxlamaq imkanından yararlanıblar. Eynəyin şüşəsində əsas görməli yerlər, o cümlədən məşhur Tokio qülləsi və buddizm məbədi Dzodzedzi, eləcə də ora necə gedib çatma haqqında informasiya göstərilir. Tokio hakimiyyət nümayəndələri əminliklə qeyd edirlər ki, eynək Tokio küçələrində istiqaməti müəyyən etməkdə çətinliklərlə üzləşən xarici turistlər üçün faydalı olacaq.
“Biz ümid edirik ki, eynək-bələdçi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək hazır olacaq”, - rayon administrasiyasının nümayəndəsi Takaxiro Sasaki qeyd edib.
Qeyd edək ki, adi eynək formasında olan kompüterlərin yaxın vaxtlarda ən populyar mobil qurğulardan biri olacağı gözlənilir. Belə ki, “IHS Inc.” ABŞ şirkətinin proqnozuna əsasən, artıq 3 ildən sonra dünyada bu eynək sahiblərinin sayı 10 milyon nəfəri ötəcək.
“Google” şirkətinin hazırda yeganə oxşar qurğusu satışa 2014-cü ildə çıxarılacaq. Bir sıra digər şirkətlər, xüsusilə Cənubi Koreyanın “Samsung Electronics” və Yaponiyanın “Seiko Epson” şirkətləri “ağıllı eynək”lərin hazırlanması üzərində iş aparırlar, - “İTAR-TASS www.itar-tass.com” yazır.
Tokioda informasiya eynəyi xarici turistlər üçün bələdçiləri əvəzləyəcək

Baxış sayı: 761
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib