12px13px15px17px
Tarix:23/10/13

“Apple” yeni planşetini təqdim edib

“Apple” şirkəti oktyabrın 22-də “iPad” planşetlərinin yeni nəslini təqdim edib.
Yeni “iPad” planşetinin ekranın diaqonalı əvvəlki kimi 9,7 düymdür, lakin əvvəlki aparatlarla müqayisədə 1,9 mm daha nazik və çəkisi 28% daha yüngül olub.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, planşet “iPad Air” adlanır. Amerika şirkətinin indiyə qədər istehsal etdiyi 9,7 düym planşetlər sadəcə "iPad" adlanıb.
Qurğu görünüşcə 2012-ci ilin payızında “Apple” şirkəti tərəfindən təqdim edilmiş 7,9 düymlük “iPad mini” planşetinə oxşayır.

“iPad Air” planşeti 64 bit “Apple A7” prosessoru ilə təchiz edilib.
“Apple” şirkətindən bildirilib ki, planşet 8 dəfə daha sürətli işləyir. Şirkət nümayəndələrinin sözlərinə görə, qrafikanın məhsuldarlığı 72 dəfə artıb.

 
Planşetin “Wi-Fi” modulu ilə təchiz edilmiş versiyası 499 dollar və mobil modulla təchiz edilmiş versiyası isə 629 ABŞ dollar olacaq. Qurğu qara və gümüşü rənglərdə tədarük olunacaq.
“iPad Air” noyabrın 1-də satışa çıxarılacaq. Yeni qurğunu 40-dan çox ölkədə satın almaq mümkün olacaq.

Emil Hüseynov
 



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024