12px13px15px17px
Tarix:23/10/13

“Windows Phone” sistemli ən böyük smartfonlar nümayiş olunub


“Nokia” şirkəti Əbu-Dabidə keçirilən illik “Nokia World” təqdimat mərasimində “Lumia 1520” və “Lumia 1320” smartfon modellərini nümayiş etdirib. Qeyd edilməlidir ki, 6 düym ekranlı qurğular hazırda “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən böyük aparatlar hesab edilir.

Bundan başqa, “Lumia 1520” modeli “Microsoft” korporasiyasına məxsus əməliyyat sistemi ilə 1080p piksel təsvir ölçüsünə və dördnüvəli “Snapdragon 800” prosessoruna malik ilk mobil qurğu olacaq.   
Modelin daha bir fərqləndirici cəhəti 20 meqapikselli kamera və optik sabitləşdirici ilə təchiz olunmasındadır.
“Lumia 1520” satışa qara, ağ, qırmızı və sarı rəngli korpuslarda çıxarılacaq. Korpusu plastikdən hazırlanan qurğu 4 mikrofona malikdir və stereo səsi yaza bilir.

Qiyməti 749 dollar olacaq smartfon 32 giqabaytlıq daxili yaddaşa malik olmaqla “microSD” kartını dəstəkləyir.
 
“Nokia” “Lumia 1520” ilə eyni vaxtda daha ucuz “Lumia 1320” modelini nümayiş etdirib. Bu qurğu da 6 düymlü ekranla təchiz olunub, lakin nisbətən zəif texniki xüsusiyyətlərə malikdir.
Qiyməti 339 dollar təşkil edəcək “Lumia 1320” ikinüvəli prosessor, 5 meqapikselli kamera və 720p piksel təsvir ölçüsü ilə təchiz edilib.

Finlandiya istehsalçısı qurğuların nümayişi ilə eyni vaxtda yaxın həftələrdə “Instagram” fotoservisinin “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlarda işləyəcəyini bəyan edib, - “Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024