12px13px15px17px
Tarix:29/10/13

Telefonlar modullardan yığılacaq?!

“Motorola” şirkəti modulyar smartfonların yaradılması üzrə layihə təqdim edib. Bu haqda “Motorola”nın rəsmi bloqunda yazılıb. Layihə “Project Ara” adlanır.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkət açıq aparat platforması yaratmağı və qurğular üçün modullar istehsal edəcək kənar istehsalçıları da cəlb etməyi qarşısına məqsəd qoyub. “Motorola” qışda istehsalçılar üçün dərslik buraxacaq.
Modul prosessor, ekran, klaviatura, batareya və ya əlavə qurğulardan ibarət ola bilər.
Smartfonun "endoskelet"i (daxili əsası) modulları bir yerdə saxlayacaq.

 
Köhnə modul sıradan çıxdıqda və ya dövrlə ayaqlaşmadıqda istifadəçi onu başqa modulla əvəz edə bilər. Bundan başqa, telefonunun funksionallığını genişləndirmək üçün əlavə modullar daxil etmək olar.
Xatırladaq ki, “Motorola Mobility” “Google” şirkətinə məxsusdur.

Emil Hüseynov



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024