Tarix:30/10/13
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, statistikaya görə, hərbçilər adi insanlarla müqayisədə psixiki pozğunluqdan daha çox əziyyət çəkirlər. Amerika ordusundan hər doqquzuncu işdən kənarlaşdırma halı psixi sağlamlığın pozulması ilə bağlıdır. Bu başadüşüləndir, çünki hərbçilər dəhşətli hadisələrlə qarşılaşırlar və bu, onların psixikasına güclü təsir edir.
"DARPA" əsgər və müharibə veteranları üçün səmərəli müalicə təmin etmək üçün beynin iş prinsipini daha yaxşı anlamağa çalışır. Agentlik "Subnet" adlandırılan yeni layihəyə 70 milyon dollar ayırıb.
"Subnet" layihəsi "Deep Brain Stimulation" texnologiyasına əsaslanır: cərrahi müalicə zamanı xəstənin kəlləsinə quraşdırılmış xüsusi çip beynin aktivliyini izləyir. Bu, epilepsiya və parkinson xəstəliyini müalicə etməyə icazə verir. "DARPA"-nın qurğusu buna oxşar olacaq, lakin o, hərbçilərin məruz qaldığı simptomlara istiqamətlənəcək. Qurğu beynin aktivliyini izləyə və informasiyanı real vaxt rejimində təhlil edə biləcək.
Layihə beş il müddətində tamamlanmalıdır.
Emil Hüseynov
Beyin datçiklərinin köməyi ilə hərbi qulluqçuların psixi durumu yaxşılaşdırılacaq
"DARPA (ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi)" beyin datçiklərinin köməyi ilə hərbi qulluqçuların psixi durumunu yaxşılaşdırmağa hazırlaşır. Qurum neyronların aktivliyini izləyən implant hazırlanması üzrə layihəyə 70 milyon dollar ayırıb."ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, statistikaya görə, hərbçilər adi insanlarla müqayisədə psixiki pozğunluqdan daha çox əziyyət çəkirlər. Amerika ordusundan hər doqquzuncu işdən kənarlaşdırma halı psixi sağlamlığın pozulması ilə bağlıdır. Bu başadüşüləndir, çünki hərbçilər dəhşətli hadisələrlə qarşılaşırlar və bu, onların psixikasına güclü təsir edir.
"DARPA" əsgər və müharibə veteranları üçün səmərəli müalicə təmin etmək üçün beynin iş prinsipini daha yaxşı anlamağa çalışır. Agentlik "Subnet" adlandırılan yeni layihəyə 70 milyon dollar ayırıb.
"Subnet" layihəsi "Deep Brain Stimulation" texnologiyasına əsaslanır: cərrahi müalicə zamanı xəstənin kəlləsinə quraşdırılmış xüsusi çip beynin aktivliyini izləyir. Bu, epilepsiya və parkinson xəstəliyini müalicə etməyə icazə verir. "DARPA"-nın qurğusu buna oxşar olacaq, lakin o, hərbçilərin məruz qaldığı simptomlara istiqamətlənəcək. Qurğu beynin aktivliyini izləyə və informasiyanı real vaxt rejimində təhlil edə biləcək.
Layihə beş il müddətində tamamlanmalıdır.
Emil Hüseynov
Baxış sayı: 750
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib