Tarix:13/11/13
İki gün davam edən səfər Macarıstanın Vezprem şəhərindən başlanıb. Azərbaycanlı nazir burada yerləşən və əsasən informasiya texnologiyaları üzrə ixtisaslaşan Pannoniya Universitetinin qonağı olub. Universitetin rektoru, professor Ferens Friedler ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, əsas tədris və tədqiqat istiqamətləri barəsində geniş məlumat verib. Pannoniya Universitetinin təcrübə və potensialından Bakıda qurulmasına başlanan İnformasiya Texnologiyaları Universitetində istifadə olunması məsələsi universitet rəhbərliyi və fakültə dekanları ilə görüşdə müzakirə edilib.
Sonra nazir Əli Abbasov tələbə və müəllim heyəti qarşısında "İnformasiya və kommunikasiya texnologiyalarının qlobal inkişaf istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib. Maraqla qarşılanan mühazirədən sonra o, universitet əməkdaşlarının çoxsaylı suallarına cavab verib. Rektor Ferens Friendler akademik Əli Abbasovun informasiya texnologiyaları sahəsindəki mühüm xidmətlərini yüksək qiymətləndirərək Pannoniya Universiteti elmi şurasının qərarı ilə ona universitetin xatirə medalını təqdim edib.
Macarıstanın iqtisadi inkişaf nazirliyində Juja Nemet və Əli Abbasov arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərin aspektləri, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti Bakı toplantısına qədər əməkdaşlığın başlıca istiqamətləri ilə bağlı protokolun hazırlanması qərara alınıb. Əli Abbasov macar həmkarını bu il dekabrın əvvəlində Bakıda keçiriləcək Bakutel beynəlxalq sərgisinə dəvət edib.
Səfər çərçivəsində nazir Əli Abbasov Avropanın mühüm informasiya texnologiyası mərkəzlərindən biri sayılan Budapeştin "CERN@WIGNER Data Center" mərkəzində olub. Mərkəzin direktoru Peter Levai və layihə meneceri Qabor Petö bu mühüm "beyin mərkəzi"nin iş prinsipləri və imkanları haqqında məlumat vermiş, qonağı ən müasir standartlar əsasında qurulmuş maşın zalının işi və funksiyaları ilə tanış ediblər.
Macarıstan iqtisadi inkişaf nazirinin dövlət katibi Vilmoş Valyu-Nad, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev səfər proqramında iştirak ediblər.
Nazir Macarıstanda rəsmi səfərdə olub
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Macarıstanın iqtisadi inkişaf naziri xanım Juja Nemetin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.İki gün davam edən səfər Macarıstanın Vezprem şəhərindən başlanıb. Azərbaycanlı nazir burada yerləşən və əsasən informasiya texnologiyaları üzrə ixtisaslaşan Pannoniya Universitetinin qonağı olub. Universitetin rektoru, professor Ferens Friedler ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu, əsas tədris və tədqiqat istiqamətləri barəsində geniş məlumat verib. Pannoniya Universitetinin təcrübə və potensialından Bakıda qurulmasına başlanan İnformasiya Texnologiyaları Universitetində istifadə olunması məsələsi universitet rəhbərliyi və fakültə dekanları ilə görüşdə müzakirə edilib.
Sonra nazir Əli Abbasov tələbə və müəllim heyəti qarşısında "İnformasiya və kommunikasiya texnologiyalarının qlobal inkişaf istiqamətləri" mövzusunda mühazirə ilə çıxış edib. Maraqla qarşılanan mühazirədən sonra o, universitet əməkdaşlarının çoxsaylı suallarına cavab verib. Rektor Ferens Friendler akademik Əli Abbasovun informasiya texnologiyaları sahəsindəki mühüm xidmətlərini yüksək qiymətləndirərək Pannoniya Universiteti elmi şurasının qərarı ilə ona universitetin xatirə medalını təqdim edib.
Macarıstanın iqtisadi inkişaf nazirliyində Juja Nemet və Əli Abbasov arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlərin aspektləri, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti Bakı toplantısına qədər əməkdaşlığın başlıca istiqamətləri ilə bağlı protokolun hazırlanması qərara alınıb. Əli Abbasov macar həmkarını bu il dekabrın əvvəlində Bakıda keçiriləcək Bakutel beynəlxalq sərgisinə dəvət edib.
Səfər çərçivəsində nazir Əli Abbasov Avropanın mühüm informasiya texnologiyası mərkəzlərindən biri sayılan Budapeştin "CERN@WIGNER Data Center" mərkəzində olub. Mərkəzin direktoru Peter Levai və layihə meneceri Qabor Petö bu mühüm "beyin mərkəzi"nin iş prinsipləri və imkanları haqqında məlumat vermiş, qonağı ən müasir standartlar əsasında qurulmuş maşın zalının işi və funksiyaları ilə tanış ediblər.
Macarıstan iqtisadi inkişaf nazirinin dövlət katibi Vilmoş Valyu-Nad, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora və Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev səfər proqramında iştirak ediblər.
Baxış sayı: 957
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir