12px13px15px17px
Tarix:03/06/11

Məktəblilərin internet təhlükəsizliyi

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Azərbaycan Təhsil Şəbəkəsində tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin internet təhlükəsizliyini tam təmin edir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların internetdə təhlükəsizliyə xüsusi diqqət yetirilir.
Hazırda məktəb yaşlı uşaqlar internetin ən aktiv istifadəçilərindəndir. İnternetin ölçülməz miqyasda informasiya mənbəyi olduğu halda, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir. Bu halların qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması qarşımızda duran vacib məsələlərdən biridir. Şagird və tələbələrin psixikasını o cümlədən, mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşması naminə zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq məqsədi ilə ATS çərçivəsində Vebsens (Websense) proqramı tətbiq olunur. Vebsens proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və əgər internet-resurs qadağa qoyulan kateqoriyalara aiddirsə, ona girişi qadağan edir. Vebsens proqramı vasitəsilə internetdə yerləşən video və audio fayllara da çıxışı məhdudlaşdırmaq mümkündür. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən İnternet məzmunun təhlükəsizliyinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə şura yaradılıb. Şura zərərli informasiya kateqoriyalarını müəyyənləşdirir və bu kateqoriyaların tətbiq olunmasını təmin edir.



Baxış sayı: 7150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024