12px13px15px17px
Tarix:05/06/11

Dünyada 55 milyondan artıq Xbox 360 satılıb

Microsoft şirkəti  bütün dünyada 55 milyondan çox Xbox 360 konsolunun  satıldığını elan edib . Bu barədə şirkət nümayəndələrinə istinadən Eurogamer saytı bildirib. Xbox 360 2011-ci ildə ABŞ-da ən çox satılan konsol olub. Yanvardan aprelə kimi satışlar keçən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artıb. Bu isə PlayStation 3-ün analojı göstəricisindən 3 dəfə daha çoxdur.
Bir çox analitiklər Xbox 360-ın məşhurluğunun artmasını yeni dizaynla fərqlənən, istilik ayarları yaxşılaşdırılmış, inteqrasiya edilmiş Wi-Fi modulu və s kimi üstün xüsusiyyətlərə malik Xbox 360 S konsolunun yenilənmiş versiyasının çıxışı ilə əlaqələndirilər.
Bundan başqa, Microsoft 2010-cu ilin sonunda Xbox 360 üçün hərəkət kontrolleri - Kinect sensoru buraxıb. O, tarixdə ən sürətli satılan qurğu olub.
Bir neçə ay ərzində şirkət 10 milyondan çox qurğu satıb. Xbox 360 Microsoft şirkəti tərəfindən 2005-ci ilin sonunda hazırlanıb və istifadəyə verilib.



Baxış sayı: 5735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024