12px13px15px17px
Tarix:06/06/11

“Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir

“Apple”nin dəyəri “Microsoft” və “İntel” şirkətlərinin ikisinin birlikdə dəyərindən bahadır. MacDailyNews bloqunun müəllifləri “Apple” şirkətinin dəyərini 317.60 milyard dollar kimi qiymətləndiriblər. Eyni zamanda “Microsoft”un bazar qiyməti 201.59 milyard, “İntel”in dəyəri isə isə 115.21 milyard dollar civarında dəyərləndirilib.
“Apple”in gəliri iPhone smartfonu, iPod pleyri və iPad planşeti kimi məşhur qurğuların sayəsində artır.
Bloqun müəllifləri bu barədə Bill Qeytsin 1998-ci ildə bildirişindən sitat gətiriblər: "Mən onu başa düşmürəm ki, Stiv Cobs nə üçün nəsə etməyə çalışır. O udmayacaq".
Eyni zamanda “Apple” San-Fransiskodakı “Worldwide Developer Conference” istehsalçılarının illik konqresinə hazırlanır. Bu konfransda Cobs özü Lion MacOS X əməliyyat sistemini və iCloud bulud platformasını təqdim edəcək.
Bu arada “Microsoft” bir neçə il ərzində itirdiyi bazar payını artırmağa çalışır. “Microsoft”un icraçı direktoru Stiv Balmer isə müstəqil analitiklər tərəfindən ciddi tənqidə məruz qalıb.
Ekspertlərin fikrincə, “Microsoft” “Apple”dən fərqli olaraq, öz biznesinin istehlak tərəfinə, xüsusilə internet-axtarış və MSN sahəsinə kifayət qədər diqqət ayırmır.
İT sənayesinin digər nəhəngi ”İntel” isə çətinliklərlə ona görə qarşılaşıb ki, şirkət vaxtında smartfon və planşetlərin artan bazarına "yazılmağı" və rəqabət komponentlərini yaratmağı bacarmayıb, əvəzində isə bu yeri “Qualcomm”, “Nvidia” və digər şirkətlər tutub.



Baxış sayı: 5876

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Dekabr 2024

23 12 2024