Tarix:18/11/13
Yaponiyanın “NEC” şirkəti “PaPeRo” robotunun yenilənmiş versiyasını təqdim edib. “Petit” adlandırılan 24 santimetrlik yeni robotun çəkisi 1,3 kq təşkil edir ki, bu da əvvəlki nəsil “PaPeRo”dan 2 dəfə azdır.
“PaPeRo Petit” əvvəlki modellərdən fərqli olaraq sərbəst şəkildə hərəkət edə bilmir. Robotun digər xüsusiyyətləri, xüsusilə insanların üzünü və nitqini tanıması saxlanılıb. “Petit” kamera, mikrofon və temperatur və məsafə ötürücüləri ilə təchiz edilib.
Robotda daha bir yenilik onun “bulud” texnologiyası ilə əlaqə yaratmaq bacarığıdır. Belə ki, “PaPeRo Petit” öz hesablama gücündən istifadə etmək əvəzinə, internetlə uzaqda yerləşən serverə emal edilməsi və icazə alınması tələb olunan informasiyanı göndərə bilər.
“PaPeRo Petit”dən ünsiyyət zamanı vasitəçi rolunda istifadə edilməsi nəzərdə tutulur. Robot özündə quraşdırılan kamera ilə smartfon və ya planşetə təsviri göndərə, eləcə də göndərilən mətnli məlumatları ucadan oxuya bilir.
“NEC” şirkəti robotun nümayişi ilə eyni vaxtda “PaPeRo Petit” ilə bağlı tərəfdaşlıq proqramını da təqdim edib. Proqramda robotun yayılmasında və onun üçün yeni proqramların yazılmasında marağı olan şəxslər iştirak edə bilər. Bundan başqa, “PaPeRo”nu ayda 10 min yen (təxminən 100 dollar) ödəməklə icarəyə götürmək olar.
Qeyd edək ki, “PaPeRo”nun (Partner-type-Personal-Robot) hazırlanmasına 1997-ci ildə başlanıb. 16 il ərzində “NEC” bir neçə nəsil robot istehsal edib. İlk versiyaların çəkisi çox ağır – 6,5 kq olub. Lakin robotun üz cizgiləri, demək olar, dəyişməz qalıb.
“PaPeRo” çoxfunksiyalı robotdur. Belə ki, müxtəlif vaxtlarda ondan uşaq bağçasında tərbiyəçi, ahıl insanlar və mağazada xəzinədar köməkçisi, tərcüməçi və qeydiyyat masası əməkdaşı kimi istifadə olunub, - "Lenta www.lenta.ru” yazır.
“PaPeRo” robotunun yenilənmiş versiyası təqdim edilib

Baxış sayı: 749
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib