Tarix:22/11/13
Sammitdə Tailand Respublikasının baş naziri ilə yanaşı, Asiyanın bir neçə dövlət və hökumət rəhbərləri iştirak ediblər. Ali qonaqlar müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın milli pavilyonundan ibarət stendlə yaxından tanış olublar.
Sərgi və konfrans çərçivəsində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları keçirilib. Eyni zamanda nazir Əli Abbasov "Genişzolaqlı texnologiyaların iqtisadi inkişafda rolu" mövzusunda keçirilən paneldə çıxış etmiş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Tailand Krallığı, İran və Əfqanıstan İslam respublikalarının kommunikasiya və informasiya texnologiyaları nazirləri, o cümlədən qabaqcıl İT korporasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinin Tailand Krallığına rəsmi səfəri bu gün başa çatıb.
Banqkok şəhərində “ITU TelecomWorld 2013” sərgi-konfransı başa çatıb
Tailandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Asiya ölkələrinin sammiti, eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu "ITU TelecomWorld 2013" sərgi-konfransı öz işini başa çatdırıb. Qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda ölkəmiz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İKT sahəsinə aid milli nailiyyətlərin nümayiş olunduğu tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycandan 22 İT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak ediblər.Sammitdə Tailand Respublikasının baş naziri ilə yanaşı, Asiyanın bir neçə dövlət və hökumət rəhbərləri iştirak ediblər. Ali qonaqlar müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın milli pavilyonundan ibarət stendlə yaxından tanış olublar.
Sərgi və konfrans çərçivəsində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları keçirilib. Eyni zamanda nazir Əli Abbasov "Genişzolaqlı texnologiyaların iqtisadi inkişafda rolu" mövzusunda keçirilən paneldə çıxış etmiş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Tailand Krallığı, İran və Əfqanıstan İslam respublikalarının kommunikasiya və informasiya texnologiyaları nazirləri, o cümlədən qabaqcıl İT korporasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinin Tailand Krallığına rəsmi səfəri bu gün başa çatıb.
Baxış sayı: 1009
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir