12px13px15px17px
Tarix:28/11/13

Kağız təyyarələri smartfonla idarə etmək mümkün olacaq

Hər bir kəsə kağız təyyarələr məlumdur. Bəs əgər kağız təyyarənin uçuşunu idarə etmək üçün elektronikadan istifadə edilsə necə? “Kickstarter”da “PowerUp” layihəsi məhz buna həsr edilib.

“TailorToys” hələ bu ilin əvvəlində “PowerUp 3.0” layihəsini elan edib, lakin yalnız indi sözügedən layihə “Kickstarter”a yerləşdirilib: ideyanın həyata keçirilməsinə 50 min dollar vəsait lazımdır. Əgər hər şey planlaşdırıldığı kimi getsə, o zaman “PowerUp 3.0”-ün birinci modulları artıq gələn ilin mayında layihəyə vəsait yatıranlara təqdim ediləcək.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, qurğunun konstruksiyası kifayət qədər sadədir: idarəedici sxem, “Bluetooth 4.0 LE” və batareya modulu baş hissədə, quyruq hissəsində isə propeller və sükan quraşdırılıb. Yalnız kağızdan təyyarə düzəltmək və ona “PowerUp” modulunu bərkitmək lazımdır və nəticədə smartfonun köməyi ilə radio ilə idarə olunan model alınır. Yaradıcılar bildirirlər ki, “Bluetooth”un hərəkət zonası 55 metri əhatə edəcək.

“PowerUp 3.0” modulu simsiz yenilənməni dəstəkləyir, enerji doldurulması “microUSB” portunun köməyi ilə mümkündür. Hələ ki yalnız “iPhone” smartfonu dəstəklənir, lakin yaradıcılar 150 min dollar toplanıldığı halda “Android” platforması üçün də tətbiq çıxaracaqlarına söz veriblər.

Emil Hüseynov
 



Baxış sayı: 1673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024