Tarix:04/12/13
"InfoScout" analitik şirkəti ABŞ-da ötən həftənin cümə günü Yeni il satışlarına başlanandan sonra araşdırma apararaq alıcıların fəallığını qiymətləndirib. Araşdırma nəticəsində müəyyən edilib ki, yerli əhali arasında ən çox tələbat müxtəlif modifikasiyalı "iPad" planşet kompüterlərinə olub (Walmart, Target və Best Buy kimi 3 iri pərakəndə satış şirkətində).
Yalnız "Best Buy" şirkətində liderlik "Microsoft Surface" planşetlərinə məxsus olub, digər iki mağaza şəbəkəsində isə "iPad mini" və "iPad Air" ən çox satılan qurğular kimi qeydə alınıb.
"InfoScout"un məlumatına görə, "Apple" planşeti alıcılarının təxminən 40 faizi "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon sahibləridir. Analitiklər bildiriblər ki, bu onu göstərir ki, "Google" mobil əməliyyat sistemləri bazarında yekdil qalib olduğunu bəyan edə bilməz və onu uzun rəqabət gözləyir.
Bir müddət əvvəl "InfoScout" oyun konsollarının satışı üzrə məlumatları dərc edib. "Xbox One" və "Xbox 360" oyun qurğularının bayram satışları ərzində satılan qurğularda payı təxminən 30 faiz, "Sony PlayStation 3" və "PlayStation 4" konsollarının 15 faiz (Walmart və Target mağazalarında ) təşkil edib, - "Onliner www.onliner.by" yazır.
ABŞ-da “iPad” alıcılarının 40 faizi “Android” istifadəçisi olub

Baxış sayı: 632
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)