12px13px15px17px
Tarix:04/12/13

Mühafizəçi robot təqdim olunub


 
Əfsanəvi "Ulduz müharibələri" fantastik filminin pərəstişkarları “Nightscope” şirkəti alimlərinin hazırlamasını yəqin qiymətləndirəcəklər. Şirkət kütlənin qarşısına ən yeni hazırlaması – görünüşcə məşhur astromexaniki “R2-D2” droidinə oxşar mühafizəçi robotu çıxartmağa hazırlaşır.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki,  mühafizəçi robotun hündürlüyü 1,5 metrdir, o, videokamera, teplovizor, lazer məsafəölçəni, radar, havanın keyfiyyətinin ölçülməsi cihazı və mikrofonla təchiz edilib. Robotun avtonom istifadə imkanı onun özəlliyidir. Bundan başqa, o, ölçüləri öncədən operator tərəfindən təyin edilmiş sahədə öz vəzifələrini icra edə bilər.

Yaxın gələcəkdə istehsalçılar bu droidi sensorların köməyi ilə şəxsləri tanımaq və onun silahlanması  imkanını qiymətləndirmək qabiliyyəti ilə təchiz etməyi planlaşdırırlar. "Biz Sendi huk məktəbində faciəli hadisədən sonra bu layihənin üzərində işə başladıq – “Nightscope” şirkətinin icraçı direktoru Uilyam Li “New York Times” qəzetinin jurnalistlərinə deyib. Axı bütün məktəbləri silahlı polislə təmin etmək mümkün deyil".
İstehsalçıların hesablamalarına görə, məktəb idarələrinə sözügedən mühafizəçi robotların xidmətləri gözətçi tutmaqdan daha ucuz başa gəlir: droid üçün saatda 6,25, keşikçi üçün 8 dollar lazımdır.

Emil Hüseynov
 
 



Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024