12px13px15px17px
Tarix:05/12/13

“Apple” nəhəng monoblok fərdi kompüter istehsalçısı olub

"Digitimes Research" şirkəti analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə ötən illə müqayisədə 15,8 faiz daha çox monoblok fərdi kompüter (AIO hamısı birində) buraxılacaq və bu işə "iMac" kompüterini yeniləyən "Apple" şirkəti böyük töhfə verəcək. 2014-cü ildə monoblokların tədarük həcmində artım 4,9 faizə bərabər olacaq, bu məhsulların kompüter bazarının ümumi həcmində payı 11,5 faiz təşkil edəcək ki, bu da başa çatmaqda olan ilin yekunları üzrə gözləniləndən 1 faiz bənd azdır.

Bu yaxınlarda ABŞ-ın "Apple" şirkəti nəhəng monoblok fərdi kompüter istehsalçısı olmaqla Çinin "Lenovo" şirkətini qabaqlayıb. Ekspertlərin fikrincə, Çin istehsalçısı üçün xüsusilə Çində genişlənən bazarda liderliyi özünə qaytarmaq heç də asan olmayacaq. Bundan başqa, bazarda rəqabət gərginləşəcək və "Dell" və "Sony" kimi istehsalçılar cari ildə satış həcmini artıra biləcək.

Monoblok kompüterlərin yığılması ilə məşğul olan "Quanta Computer" və "Compal Electronics" şirkətləri bu məhsulun tədarükünü 6-8 faiz artıracaq, müqavilə əsasında fəaliyyət göstərən digər şirkətlərdə isə 5 faizlik artım gözlənilir, - "3DNews" yazır.



Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024