Tarix:05/12/13
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 4 il sonra İsveçin “Volvo Car Group” şirkəti yüzə yaxın robot-avtomobil istehsal edəcək. “Drive Me” adlanan layihə İsveç Nəqliyyat Nazirliyi, Lindholmen Elm Parkı və Geteborq şəhər administrasiyası tərəfindən dəstəklənir. “Volvo” məhz Geteborq şəhəri ətrafında öz robot-avtomobillərini sınaqdan keçirəcək.
Avtomobil yollarına bu cür təqribən 100 avtomobil çıxarmaq planlaşdırılır. Robot-avtomobillər göstəricilərin emalı üçün datçik, kamera və bort kompüteri ilə təchiz ediləcək. Boş maşın dayanacağı yerinin avtomatik axtarışı sistemi yaradılacaq. “Volvo” şirkəti daha öncə sözügedən texnologiyanı nümayiş etdirib.
Təcrübi layihə müəlliflərinin sözlərinə görə, sınaqlar zamanı sürücüsüz avtomobillərin yollarda təhlükəsizliyi artırması və şəhər trafikinin vəziyyətini yaxşılaşdırması məlum olacaq. İstehlakçıların bu cür hərəkət “iştirakçı”larına reaksiyası da böyük əhəmiyyət kəsb edir: adi sürücülər robot-avtomobillərin mövcudluğuna hazırdırlarmı və şəhər yollarında onlara etibar etmək olarmı?
Emil Hüseynov
2017-ci ildə sürücüsüz avtomobillər real olacaq
2017-ci ildə Geteborq şəhərinin yollarında insan müdaxiləsi olmadan hərəkət edə bilən təxminən 100 maşın istifadəyə veriləcək. Sözügedən təcrübi layihə robot maşınların faydasını və istehlakçıların onlara münasibətini müəyyənləşdirməyə imkan verəcək.“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 4 il sonra İsveçin “Volvo Car Group” şirkəti yüzə yaxın robot-avtomobil istehsal edəcək. “Drive Me” adlanan layihə İsveç Nəqliyyat Nazirliyi, Lindholmen Elm Parkı və Geteborq şəhər administrasiyası tərəfindən dəstəklənir. “Volvo” məhz Geteborq şəhəri ətrafında öz robot-avtomobillərini sınaqdan keçirəcək.
Avtomobil yollarına bu cür təqribən 100 avtomobil çıxarmaq planlaşdırılır. Robot-avtomobillər göstəricilərin emalı üçün datçik, kamera və bort kompüteri ilə təchiz ediləcək. Boş maşın dayanacağı yerinin avtomatik axtarışı sistemi yaradılacaq. “Volvo” şirkəti daha öncə sözügedən texnologiyanı nümayiş etdirib.
Təcrübi layihə müəlliflərinin sözlərinə görə, sınaqlar zamanı sürücüsüz avtomobillərin yollarda təhlükəsizliyi artırması və şəhər trafikinin vəziyyətini yaxşılaşdırması məlum olacaq. İstehlakçıların bu cür hərəkət “iştirakçı”larına reaksiyası da böyük əhəmiyyət kəsb edir: adi sürücülər robot-avtomobillərin mövcudluğuna hazırdırlarmı və şəhər yollarında onlara etibar etmək olarmı?
Emil Hüseynov
Baxış sayı: 711
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib