"Samsung” smartfonlarının 70 faizi Vyetnamda yığılır
"Samsung Electronics" şirkəti bahalı smartfonların satışının zəifləməsi ilə rastlaşır ki, bu da onu diqqətini ucuz modellərə yönəltməyə məcbur edir. Cənubi Koreya şirkəti bu məhsuldan maksimum gəlir əldə etmək üçün istehsalı ucuzlaşdırmaq qərarına gələrək diqqətini artıq bir zavodunun fəaliyyət göstərdiyi Vyetnama yönəldib.
Bütün dünyada satılan "Samsung" brendli smartfonların təxminən 70 faizi bu zavodda yığılır. Şirkət hər birinə 1-2 milyard dollar yatırmaqla ölkədə daha iki iri müəssisə tikmək niyyətindədir. Zavodlardan biri 2015-ci ildə kütləvi yığım fəaliyyətinə başlayacaq. "Samsung" şirkətə əməliyyat mənfəətinin çox hissəsini qazandıracaq mobil telefonların 40 faizindən çoxunu orada buraxmağı planlaşdırır. Vyetnamdakı digər zavod fevralda işə salınacaq.
Çində məhsulu yığmaq getdikcə baha başa gəlir, odur ki, "Samsung" Vyetnamda istehsala başlayan "Nokia" və "Intel" kimi eyni addımı atıb.
Vyetnam əhalisinin orta aylıq əməkhaqqısı çinlilərin əməkhaqqısından təxminən 3/2 hissə azdır.
2010-cu ildə ABŞ-ın "Intel" korporasiyası bu ölkədə inşasına 1 milyard dollar yatıraraq burada sınaq-yığım zavodu açıb. Bu, "Intel"in bu cür profilli ilk zavodudur.
Bu yaxınlarda "Nokia" şirkəti Vyetnamda regionda 10 min əlavə iş yerinin açılmasını təmin edən yeni zavodu istifadəyə verib. Finlandiya istehsalçısı burada ildə 45 milyon "Lumia" və "Asha" smartfon modeli istehsal edəcək.
Digər Koreya istehsalçısı "LG Electronics" Vyetnamda televizor və məişət texnikasının buraxılışı üzrə zavod kompleksi tikir. Bu layihəyə yatırılan investisiyaların həcmi 1,6 milyard dollar təşkil edib, - "DailyComm" yazır.
Baxış sayı: 1398
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib