12px13px15px17px
Tarix:15/08/11

Dünyada ilk 7 düyməli planşet

Kompyuter və noutbuk istehsalçısı “Acer” şirkəti “Google Android 3.2 Honeycomb” və yeni ikinüvəli “Nvidia Tegra 2 SoC” sistemi ilə işləyən yeni 7 düyməli planşet təqdim edib. Formal olaraq, “Acer” şirkətindən “İconia A100” planşeti haqqında ilk dəfə hələ cari ilin fevral ayında məlumat verilib. Şirkət qeyd olunan cihazı rəsmən ötən gün təqdim edib və onu 330 dollara satmağa başladığını bildirib. “A100” planşeti texniki xüsusiyyətlərinə görə “Android” əsasında işləyən, lakin 10,1 düyməli sensor ekrana malik olan, daha əvvəl elan edilmiş “İconia A500” planşetinə oxşardır. “Acer” şirkətindən bildiriblər ki, “İconia A100” “Android 3.2” əməliyyat sistemi əsasında işləyən dünyada ilk 7 düyməli planşetdir.
Cihazın maraqlı yeniliklərindən “Nvidia Terga 2 SoC” sisteminin mövcudluğunu qeyd etmək olar. Bu sistem qurğuya bir sıra maraqlı qrafik imkanlar verir. Məsələn, interfeys üçün müxtəlif üzlüklərdən (skin) istifadə etmək imkanı, interfeys üçün əlavə qrafik və animasiya seçimləri və s. Bundan başqa, qurğu planşet ekranında “HD” video ilə işləməyə icazə verən “Adobe Flash Player 10.3”-ün son versiyasını dəstəkləyir. Planşetin konkret modifikasiyasından asılı olaraq, “A100” 512 və ya 1024 meqabayt əməli yaddaş , məlumatların uzunmüddətli saxlanılması üçün 8 və 16 qiqabayt daxili yaddaş ilə təchiz edilib. Bundan başqa, yenilik 32 qiqabayt tutuma qədər “microSD” yaddaş kartları üçün genişlənmə slotuna malikdir. Qurğu, həmçinin “Full HD 1080p” formatında video ilə iş üçün “micro-HDMİ” portu ilə təchiz edilib. “A100” planşeti avtonom iş rejimində 5 saata qədər və videoya baxdıqda 4 saata qədər işləyə bilər.


cybersecurity.ru



Baxış sayı: 2955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024