Tarix:13/12/13
Nümayəndə heyətinin tərkibinə nazirliyin əməkdaşları ilə yanaşı, hökumət nümayəndələri, İKT sahəsində çalışan şirkətlərin təmsilçiləri daxil idi. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə səfər proqramında iştirak edib.
Beş gün davam etmiş səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlər keçirilmiş, Azərbaycan-Yaponiya İKT əməkdaşlığı, xüsusilə İT park, telekommunikasiya və kosmik sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqlar zamanı iki dost ölkə arasında bu sahədə müqavilə-hüquq bazasının inkişafı haqqında tərəflər müsbət mövqe nümayiş etdiriblər.
Eyni zamanda, nümayəndələr Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin, Yüksək Texnologiyalar Mərkəzinin (TEPIA), Radio-televiziya Yayım Korporasiyasının (NHK) fəaliyyəti ilə də tanış olublar.
İKT və elektronika sahəsində avadanlığın istehsalı ilə məşğul olan "Mitsubishi", "NEC", "Panasonic" kimi tanınmış şirkətlərdə keçirilən görüşlərdə istehsal prosesləri müşahidə olunan, qonaqlara son layihələr barədə ətraflı məlumat verilib. Həmin görüşlərdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfərin yekunlarını yüksək qiymətləndirən nazir Əli Abbasov "AzərTAc"-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycanda texnoloji yönümlü, innovativ tutumlu iqtisadiyyatın inkişafı üçün bu sahədə aparıcı ölkə olan Yaponiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilir.
"Səfər çərçivəsində keçirilmiş görüşlərdə Yaponiya rəhbərliyinin də Azərbaycan ilə əlaqələrə yüksək qiymət verdiyini hiss etdik. Səfərimizin əsas məqsədi məhz bu istiqamətdə Yaponiya ilə əməkdaşlığın əsas prinsiplərini müzakirə etmək idi. Biz Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin texnoloji tərəqqi üçün çox vacib olan insan resurslarının inkişafı, həmçinin uyğun biznes mühitinin yaradılması və Azərbaycan şirkətlərinin ölkənin maliyyə resurslarına çıxışlarının yüngülləşdirilməsi istiqamətində aparılan siyasətinin əsas istiqamətlərini yapon tərəfinə çatdırdıq. Bu, Yaponiya hökumətinin müvafiq strukturları tərəfindən çox yüksək qiymətləndirildi.
İkinci əsas məqsədimiz Yaponiyanın qabaqcıl texnoloji şirkətləri ilə bir sıra müzakirələr aparmaq idi. Yapon tərəfinin əsas marağı Azərbaycanda kosmik proqramın həyata keçirilməsi ilə əlaqədar olan müvafiq layihələr, həmçinin də elektron və informasiya xidmətlərinin təşkil olunması idi. Aparılmış müzakirələrdə biz yapon aparıcı şirkətlərinin, investorlarının diqqətini Azərbaycanda reallaşdırılan layihələrə cəlb edə bildik.
Danışıqlarda üçüncü əsas məqam, Yaponiyanın aparıcı şirkətləri və Azərbaycanın lokal İT texnoloji şirkətlərinin birgə əməkdaşlığı ilə şirkətlərimizin xarici bazarlarda iştirakının genişləndirilməsi, həmçinin Azərbaycanın texnoloji ixrac potensialının gücləndirilməsi üçün məhsul və xidmətlərin istehsalında onların birgə əməkdaşlığı məsələsi idi. Bu istiqamətdə əldə edilmiş razılaşmalar gələcək əməkdaşlıq üçün çox yaxşı bünövrə olacaqdır".
Azərbaycan nümayəndə heyətinin səfəri Yaponiya KİV-ləri tərəfindən maraqla qarşılanmış, "İbaraki Shimbun", "Sankey Shimbun" və "Nikkey Shimbun" qəzetlərində səfər haqqında məlumatlara, nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasovun müsahibələrinə geniş yer verilib.
Yaponiya ilə İKT üzrə əməkdaşlıq ölkəmizdə sahənin daha sürətli inkişafına təkan verəcək
Yaponiya Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gündoğar ölkədə rəsmi səfərdə olub. Səfərin məqsədi iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin daha da genişləndirilməsi idi.Nümayəndə heyətinin tərkibinə nazirliyin əməkdaşları ilə yanaşı, hökumət nümayəndələri, İKT sahəsində çalışan şirkətlərin təmsilçiləri daxil idi. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə səfər proqramında iştirak edib.
Beş gün davam etmiş səfər çərçivəsində Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, daxili işlər və rabitə üzrə dövlət katibi ilə görüşlər keçirilmiş, Azərbaycan-Yaponiya İKT əməkdaşlığı, xüsusilə İT park, telekommunikasiya və kosmik sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqlar zamanı iki dost ölkə arasında bu sahədə müqavilə-hüquq bazasının inkişafı haqqında tərəflər müsbət mövqe nümayiş etdiriblər.
Eyni zamanda, nümayəndələr Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin, Yüksək Texnologiyalar Mərkəzinin (TEPIA), Radio-televiziya Yayım Korporasiyasının (NHK) fəaliyyəti ilə də tanış olublar.
İKT və elektronika sahəsində avadanlığın istehsalı ilə məşğul olan "Mitsubishi", "NEC", "Panasonic" kimi tanınmış şirkətlərdə keçirilən görüşlərdə istehsal prosesləri müşahidə olunan, qonaqlara son layihələr barədə ətraflı məlumat verilib. Həmin görüşlərdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfərin yekunlarını yüksək qiymətləndirən nazir Əli Abbasov "AzərTAc"-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycanda texnoloji yönümlü, innovativ tutumlu iqtisadiyyatın inkişafı üçün bu sahədə aparıcı ölkə olan Yaponiya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verilir.
"Səfər çərçivəsində keçirilmiş görüşlərdə Yaponiya rəhbərliyinin də Azərbaycan ilə əlaqələrə yüksək qiymət verdiyini hiss etdik. Səfərimizin əsas məqsədi məhz bu istiqamətdə Yaponiya ilə əməkdaşlığın əsas prinsiplərini müzakirə etmək idi. Biz Azərbaycan hökumətinin, şəxsən Prezident İlham Əliyevin texnoloji tərəqqi üçün çox vacib olan insan resurslarının inkişafı, həmçinin uyğun biznes mühitinin yaradılması və Azərbaycan şirkətlərinin ölkənin maliyyə resurslarına çıxışlarının yüngülləşdirilməsi istiqamətində aparılan siyasətinin əsas istiqamətlərini yapon tərəfinə çatdırdıq. Bu, Yaponiya hökumətinin müvafiq strukturları tərəfindən çox yüksək qiymətləndirildi.
İkinci əsas məqsədimiz Yaponiyanın qabaqcıl texnoloji şirkətləri ilə bir sıra müzakirələr aparmaq idi. Yapon tərəfinin əsas marağı Azərbaycanda kosmik proqramın həyata keçirilməsi ilə əlaqədar olan müvafiq layihələr, həmçinin də elektron və informasiya xidmətlərinin təşkil olunması idi. Aparılmış müzakirələrdə biz yapon aparıcı şirkətlərinin, investorlarının diqqətini Azərbaycanda reallaşdırılan layihələrə cəlb edə bildik.
Danışıqlarda üçüncü əsas məqam, Yaponiyanın aparıcı şirkətləri və Azərbaycanın lokal İT texnoloji şirkətlərinin birgə əməkdaşlığı ilə şirkətlərimizin xarici bazarlarda iştirakının genişləndirilməsi, həmçinin Azərbaycanın texnoloji ixrac potensialının gücləndirilməsi üçün məhsul və xidmətlərin istehsalında onların birgə əməkdaşlığı məsələsi idi. Bu istiqamətdə əldə edilmiş razılaşmalar gələcək əməkdaşlıq üçün çox yaxşı bünövrə olacaqdır".
Azərbaycan nümayəndə heyətinin səfəri Yaponiya KİV-ləri tərəfindən maraqla qarşılanmış, "İbaraki Shimbun", "Sankey Shimbun" və "Nikkey Shimbun" qəzetlərində səfər haqqında məlumatlara, nümayəndə heyətinin rəhbəri nazir Əli Abbasovun müsahibələrinə geniş yer verilib.
Baxış sayı: 1977
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir