Tarix:15/08/11
“HTC” şirkəti güclü smartfon hazırlayır
“HTC” şirkəti, veb-mənbələrin məlumatına görə, payızda “Android 2.3” (Gingerbread) əməliyyat sistemi ilə işləyən 2 yeni kommunikator istehsal edəcək. Monoblok korpusda hazırlanmış “Ruby” və “Holiday” smartfonları 1 Qb əməli yaddaşa, “WiFi” və “Bluetooth 3.0” simsiz əlaqə adapterlərinə, həmçinin 8 meqapiksel kameraya malik olacaq. “Ruby” 1.5 QHz takt tezlikli “Qualcomm Snapdragon” prosessoru, “qhD” (960×540 nöqtə) kəskinlikli 4,3 düyməli sensor ekranla və 2 meqapiksel ön kamera ilə təchiz edilib. “Holiday” smartfonu isə 1,2 QHz takt tezlikli “Snapdragon” prosessoru, 4,5 düym diaqonallı ekran (kəskinlik 960×540 nöqtə) və 1,3 meqapiksel ön kamera ilə təchiz ediləcək. Smartfonların qiymətləri haqqında hələlik məlumat yoxdur.Baxış sayı: 1217
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib