Tarix:18/12/13
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, son vaxtlar, demək olar, bütün aparıcı avtoistehsalçılar bu və ya digər yolla roboavtomobillərin yaradılması sahəsində planlarını müəyyən ediblər. Şirkətdən bildirilib ki, sürücüdən asılı olmayan tam müstəqil avtomobillər 2025-ci ilədək təqdim ediləcək.
“Ford”da deyiblər ki, yeni avtomobilin istehsalına ən yüksək texnoloji yeniliklər üzərində işləmələri üçün ABŞ-ın bir sıra universitetlərini cəlb edirlər.
“Ford” şirkəti “Google”, “Volkswagen” və ya “General Motors”dan fərqli olaraq mövcud texnologiyalar əsasında tam yeni məkan skanı və məlumatların analizi sistemini yaratmağa ümid edir. Mühəndislər bildirib ki, avtomobil 360 dərəcə yaxınlıqda olanları görəcək, ətraf məkanın üçölçülü təsvirini emal edəcək ki, bu da avtomobilə dayanma, sürətləndirmə, həmçinin rul manevrlərinin sürücünün müdaxiləsi olmadan qərar qəbul etməsinə imkan yaradacaq.
İlk mərhələdə “Ford” “maşın-maşın” kommunikasiya sistemini işləyib hazırlamaq niyyətindədir. Bu, yol nəqliyyatı, yollarda vəziyyət, hava və digər yardımçı bilgilər haqda tələb olunan məlumatları almağa imkan verəcək. Bundan sonra “Ford” roboavtomobilə yolda daha rahat hərəkət etməyə imkan verən uyğunlaşdırılmış səyahət-nəzarət sistemini yaratmağı nəzərdə tutub.
“Ford”da bildiriblər ki, hətta bu sistemlərin hamısı mükəmməl işləsə belə, yeni model hələ uzun müddət 100% robotlaşdırılmış olmayacaq. Salonda sürücünün rolu minimuma endirilsə belə hələ də onlara ehtiyac duyulacaq.
Aynur Vəliyeva
“Ford” 2025-ci ilədək roboavtomobil yaratmağı söz verib
"Ford Motor” avtokonserni şəxsi avtonom avtomobili olan “Automated Fusion Hybrid Research Vehicle”in ilk prototipini təqdim edib.“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, son vaxtlar, demək olar, bütün aparıcı avtoistehsalçılar bu və ya digər yolla roboavtomobillərin yaradılması sahəsində planlarını müəyyən ediblər. Şirkətdən bildirilib ki, sürücüdən asılı olmayan tam müstəqil avtomobillər 2025-ci ilədək təqdim ediləcək.
“Ford”da deyiblər ki, yeni avtomobilin istehsalına ən yüksək texnoloji yeniliklər üzərində işləmələri üçün ABŞ-ın bir sıra universitetlərini cəlb edirlər.
“Ford” şirkəti “Google”, “Volkswagen” və ya “General Motors”dan fərqli olaraq mövcud texnologiyalar əsasında tam yeni məkan skanı və məlumatların analizi sistemini yaratmağa ümid edir. Mühəndislər bildirib ki, avtomobil 360 dərəcə yaxınlıqda olanları görəcək, ətraf məkanın üçölçülü təsvirini emal edəcək ki, bu da avtomobilə dayanma, sürətləndirmə, həmçinin rul manevrlərinin sürücünün müdaxiləsi olmadan qərar qəbul etməsinə imkan yaradacaq.
İlk mərhələdə “Ford” “maşın-maşın” kommunikasiya sistemini işləyib hazırlamaq niyyətindədir. Bu, yol nəqliyyatı, yollarda vəziyyət, hava və digər yardımçı bilgilər haqda tələb olunan məlumatları almağa imkan verəcək. Bundan sonra “Ford” roboavtomobilə yolda daha rahat hərəkət etməyə imkan verən uyğunlaşdırılmış səyahət-nəzarət sistemini yaratmağı nəzərdə tutub.
“Ford”da bildiriblər ki, hətta bu sistemlərin hamısı mükəmməl işləsə belə, yeni model hələ uzun müddət 100% robotlaşdırılmış olmayacaq. Salonda sürücünün rolu minimuma endirilsə belə hələ də onlara ehtiyac duyulacaq.
Aynur Vəliyeva
Baxış sayı: 803
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib