12px13px15px17px
Tarix:24/12/13

“Samsung”un televizorları barmaq hərəkətlərinə reaksiya verəcək

“Samsung Tomorrow” bloquna əsasən, “Samsung” şirkətinin 2014-cü ildə buraxılacaq smart televizorları barmaq hərəkətlərinə reaksiya verəcək.

Tamaşaçı barmaqların köməyi ilə kanalları dəyişdirə, gurluğu nizamlaya, həmçinin məzmun axtara biləcək. Hər bir əməliyyat üçün xüsusi "jest"lə həyata keçiriləcək: məsələn, barmağı saat əqrəbinin əksi istiqamətində hərəkət etdirmək "videoda fasilə vermək və əvvəlki ekrana qayıtmaq" deməkdir.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, barmaq hərəkətlərinin tanınması üçün televizorlara kamera quraşdırılıb. O, videoəlaqə üçün istifadə olunur. “Samsung”un 2013-cü ildə buraxılmış televizorlarında, həmçinin kamera mövcuddur, lakin yalnız əl çalmağa reaksiya verə bilir.

Bundan başqa, “Samsung” səsli idarəetməni təkmilləşdirəcək: televizorlar yeni dilləri dəstəkləyəcək. Məsələn, 2013-cü ildə buraxılmış televizorlarda kanalı dəyişdirmək üçün iki kod frazası səsləndirmək lazımdır, 2014-cü il modellərində isə bunun üçün bir frazadan istifadə olunacaq.

Televizorlar 2014-cü il 7-10 yanvar tarixlərində Las-Veqasda keçiriləcək “CES” sərgisində nümayiş etdiriləcək.

Emil Hüseynov
 



Baxış sayı: 1018

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024