Tarix:07/01/14
Masaüstü kompüterlər üçün dünyanın nəhəng prosessor istehsalçısı "Intel" şirkəti ən miniatür həllərindən biri hesab edilən "Edison" kompüterini nümayiş etdirib. Kompüter "SD" kart yaddaşı ölçüsündə hazırlanmaqla ikinüvəli prosessordan ibarətdir.
Kompüterin təqdimatını Las-Veqasda keçirilən "CES 2014" sərgisində edən şirkətin baş direktoru Brayan Krjaniçin sözlərinə görə, məhsuldarlığına görə "Pentium" prosessoruna malik sistemlər ilə rəqabət apara biləcək "Edison" kompüteri "Linux" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
"Edison" 32 nanometrlik texnoloji proses üzrə hazırlanan "Quark X1000" çipi əsasında ərsəyə gətirilib və 400 MHs takt tezlikli ikinüvəli prosessora malikdir. Bundan başqa, qurğu "Bluetooth" və "Wi-Fi" modulları ilə təchiz olunub.
Qurğu əsasən taxılan elektronika və "Əşyalar interneti" sahələrində tətbiq oluna bilər. "Intel" nümayəndələri tərtibatçıların mikrokompüter üçün müxtəlif əlavələr (məsələn, məişət texnikasının idarə edilməsi üçün) yaradacaqlarına ümid edirlər, - "Vesti www.vesti.ru" yazır.
“Intel” şirkəti “SD” kartı ölçüsündə kompüter təqdim edib

Baxış sayı: 758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib