12px13px15px17px
Tarix:07/01/14

Smartfon və planşetlər üçün antibakterial şüşə icad edilib


Mobil telefonların ekranları üçün qoruyucu örtü hazırlayan “Corning” şirkəti, “CES 2014” sərgisində mobil telefonlar üçün antibakterial qoruyucu şüşə təqdim edib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, yeni qoruyucu şüşə, qoruyucu şüşəyə molekulyar səviyyədə tətbiq edilən, ion gümüşü istifadə etməklə yaradılıb. Qurğunun ekranına gərginlik gəldikdə ion gümüşü aktivləşir və xəstəlik törədicisi olan bakteriyalar məhv edilir.

Şirkətdə bildiriblər ki, yeni antibakterial şüşə öz xüsusiyyətlərini tam saxlayır və sensor ekranına istifadəçinin barmaqlarının yerdəyişməsi haqda bütün məlumatları ötürür. Şüşə mexaniki, optik və dielektrik təsir üzrə ənənəvi xüsusiyyətlərə cavab verir.

“Gorilla Glass” antibakterial şüşə mikroyosunların, kifin, göbələyin və bakteriyaların  artımını, şüşənin bir hissəsi olan və qurğunu istifadə edildiyi müddət ərzində effektiv quraşdırılmış antimikrob komponent sayəsində  dayandırır”, - deyə şirkətin “Corning Speciality materials” bölməsinin meneceri və vitse-prezidenti Jeyms Ştayner bildirib. “Bu innovasiya özündə öz sinfində ən yaxşı antibakterial xüsusiyyətlərə malik olan “Gorilla Glass” ənənəvi etibarlılığı ilə seçilən örtükdür”.

Onun sözlərinə əsasən, “Antimicrobial Gorilla Glass” həlli hazırda müxtəlif istehsalçılar tərəfindən sınaqlardan keçirilir və yaxın zamanda son məhsul istehsalçılarının sifarişi ilə onun kütləvi istehsalına başlanılacaq. “CES-2014”-də artıq “RoomWizard” şirkətindən antibakterial şüşənin istifadəsi ilə “Steelcase” həlli göstərilib.

“Corning”də bildiriblər ki, onların yeni hazırladığı məhsul xəstəxanalar üçün kompüterlərin, ictimai telefonların, ictimai elektron panellərin və elektron kioskların   istehsalında geniş istifadə edilə bilər.
 
Aynur Vəliyeva  






Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024