Tarix:08/01/14
Kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli “Exynos 5 Octa” (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır.
“Galaxy Note Pro” modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, “Action Memo” funksiyaları ilə yanaşı, “S-Pen” stiliusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu “S Finder” batareyası və “Android 4.4 KitKat” əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar.
“Samsung Galaxy Note Pro 12.2”-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, “Galaxy Note Pro 12.2” ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan “TabPRO 12.2” planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq.
“Samsung Galaxy Note Pro 12.2”-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet “Android 4.4 KitKat” əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib, - "3DNews www.3dnews.ru” yazır.
“Samsung” 12,2 düymlük “Galaxy Note Pro” planşetini təqdim edib
Cənubi Koreyanın “Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2014” sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən “Galaxy Note Pro” planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının “TabPRO 12.2” modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.Kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli “Exynos 5 Octa” (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır.
“Galaxy Note Pro” modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, “Action Memo” funksiyaları ilə yanaşı, “S-Pen” stiliusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu “S Finder” batareyası və “Android 4.4 KitKat” əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar.
“Samsung Galaxy Note Pro 12.2”-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, “Galaxy Note Pro 12.2” ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan “TabPRO 12.2” planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq.
“Samsung Galaxy Note Pro 12.2”-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet “Android 4.4 KitKat” əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib, - "3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib