Tarix:09/01/14
Kompüterin komponentləri – mərkəzi prosessor, videokart, əməli yaddaş, sərt disk olmaqla ayrı-ayrı blok modullara salınıb və onlar konstruktora yerləşdirilir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, hər bir modul maye soyutma sisteminə malikdir. Bloklar arasında məlumat mübadiləsi üçün "PCI Express" şinindən istifadə olunur. Sistemin tərkibinə daxil olan sensor ekranda parametrlər əks olunur.
"Razer" şirkətinin bəyanatına görə, "Project Christine" oyun kompüterinin əsas üstünlüyü quraşdırılma və təkmilləşdirmə sadəliyidir. Modul bloklardan istifadə etməklə fərdi kompüter arxitekturası haqqında əsas biliklərdən xəbərsiz istifadəçi də öz ehtiyaclarına uyğun kompüter yarada bilər.
Ayrı-ayrı blokları yeniləri ilə dəyişməklə və ya əlavə qurğu tətbiq etməklə konfiqurasiyanı yeniləmək olar. Belə ki, ikinci videokart və ya daha bir sərt disk əlavə etmək olar.
"CES" sərgisində nümayiş etdirilmiş kompüter prototipdir. "Razer" onun çıxarılış müddətini və blokların qiymətini açıqlamayıb.
Emil Hüseynov
Konstruktor kompüter təqdim edilib
"Razer" şirkəti yanvarın 7-də Las-Veqas şəhərində keçirilən "CES" sərgisində "Project Christine" oyun kompüterini təqdim edib. Press-relizdə vurğulanıb ki, qurğunun əsas xüsusiyyəti modulyar arxitekturaya malik olmasıdır.Kompüterin komponentləri – mərkəzi prosessor, videokart, əməli yaddaş, sərt disk olmaqla ayrı-ayrı blok modullara salınıb və onlar konstruktora yerləşdirilir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, hər bir modul maye soyutma sisteminə malikdir. Bloklar arasında məlumat mübadiləsi üçün "PCI Express" şinindən istifadə olunur. Sistemin tərkibinə daxil olan sensor ekranda parametrlər əks olunur.
"Razer" şirkətinin bəyanatına görə, "Project Christine" oyun kompüterinin əsas üstünlüyü quraşdırılma və təkmilləşdirmə sadəliyidir. Modul bloklardan istifadə etməklə fərdi kompüter arxitekturası haqqında əsas biliklərdən xəbərsiz istifadəçi də öz ehtiyaclarına uyğun kompüter yarada bilər.
Ayrı-ayrı blokları yeniləri ilə dəyişməklə və ya əlavə qurğu tətbiq etməklə konfiqurasiyanı yeniləmək olar. Belə ki, ikinci videokart və ya daha bir sərt disk əlavə etmək olar.
"CES" sərgisində nümayiş etdirilmiş kompüter prototipdir. "Razer" onun çıxarılış müddətini və blokların qiymətini açıqlamayıb.
Emil Hüseynov
Baxış sayı: 725
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib