12px13px15px17px
Tarix:10/01/14

“Nokia” smartfonlarının sahiblərinə qovluq yaratmağa icazə verilib

“Nokia” şirkəti “Windows Phone 8” ilə işləyən “Lumia” smartfonları üçün “Lumia Black” adlı yeniləmə çıxarıb. Onu quraşdırdıqdan sonra istifadəçilər aparatın iş masasında qovluq yaratmaq imkanına malik olacaqlar.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qovluğa tətbiqlərin ikonkalarını və sazlamaları yerləşdirmək olar. Bundan əvvəl iş masasına yalnız dinamik ikonkalar yerləşdirməyə icazə verilirdi ki, bu da “Windows Phone” platformasında "canlı plitkalar" adlanır.

"Qovluq" tətbiqi artıq “Microsoft”un onlayn mağazasında əlçatandır. O ödənişsizdir.

Bundan başqa, yeniləmə kameranın işini təkmilləşdirir, “Lumia 1020” smartfonunda artıq “DNG” foto formatı dəstəklənir və ekranın blok edilməsini müasirləşdirir: artıq daha çox xəbərdarlıq əks olunur.
İlk öncə “Lumia 1020” və “Lumia 925” smartfonları üçün yeniləmə çıxarılacaq.

Emil Hüseynov
 
 



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024