Tarix:15/01/14
Alimlərin qiymətləndirməsinə görə, bu tranzistorların istehsalı silisium tranzistorlarla müqayisədə daha ucuz başa gələcək. Daha bir üstünlük isə üzvi tranzistorların şəffaf olmasındadır. İndiyədək bu elementlərin sürətinə görə silisium tranzistorlarla müqayisəsi qeyri-mümkün olub, lakin Stenford və Nebraska-Linkoln universitetlərinin alimləri bu sahədə böyük uğura nail olublar. Belə ki, onların icad etdikləri üzvi tranzistorlar sürətin dəyişməsinə görə silisium tranzistorlarla müqayisə oluna bilər.
Üzvi tranzistorlar plastik karbon məhlulun sürətlə dövr edən şüşə lövhənin üzərinə damcılanması vasitəsilə hazırlanır. Mütəxəssislər dövretmənin sürətləndirilməsi və lövhənin qismən əhatə olunması ilə bu prosesi tamamlayıblar. Onların sözlərinə görə, bunun sayəsində məhlul molekullarının bərabər və sıx paylanmasına nail olunub ki, nəticədə əldə edilən tranzistorlarda cərəyan daşıyıcılarının sürəti artıb. Tərtibatçıların fikrincə, zaman keçdikcə bu texnologiya ucuz şəffaf elektronikanın istehsalına imkan verəcək, - "Computerworld www.osp.ru” yazır.
Dünyanın ən sürətli, şəffaf üzvi tranzistorları yaradılıb
“Nature Communications” tədqiqat qrupu dünyanın ən sürətli nazikqatlı üzvi tranzistorlarının (organic thin-film transistors - OTFTs) hazırlanmasını bəyan edib.Alimlərin qiymətləndirməsinə görə, bu tranzistorların istehsalı silisium tranzistorlarla müqayisədə daha ucuz başa gələcək. Daha bir üstünlük isə üzvi tranzistorların şəffaf olmasındadır. İndiyədək bu elementlərin sürətinə görə silisium tranzistorlarla müqayisəsi qeyri-mümkün olub, lakin Stenford və Nebraska-Linkoln universitetlərinin alimləri bu sahədə böyük uğura nail olublar. Belə ki, onların icad etdikləri üzvi tranzistorlar sürətin dəyişməsinə görə silisium tranzistorlarla müqayisə oluna bilər.
Üzvi tranzistorlar plastik karbon məhlulun sürətlə dövr edən şüşə lövhənin üzərinə damcılanması vasitəsilə hazırlanır. Mütəxəssislər dövretmənin sürətləndirilməsi və lövhənin qismən əhatə olunması ilə bu prosesi tamamlayıblar. Onların sözlərinə görə, bunun sayəsində məhlul molekullarının bərabər və sıx paylanmasına nail olunub ki, nəticədə əldə edilən tranzistorlarda cərəyan daşıyıcılarının sürəti artıb. Tərtibatçıların fikrincə, zaman keçdikcə bu texnologiya ucuz şəffaf elektronikanın istehsalına imkan verəcək, - "Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib